CARİ İLİN DÖVLƏT BÜDCƏSİNDƏ DÜRÜSTLƏŞMƏ APARILACAQDIR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə AZƏRTAC-a demişdir ki, ölkənin dinamik inkişafı, dünya bazarında neftin qiymətlərinin artması və Azərbaycanda neft gəlirlərinin çoxalması 2008-ci ilin dövlət büdcəsinə yenidən baxılması zərurətini yaratmışdır.
Yaxın vaxtlarda Milli Məclisdə “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin dürüstləşdirilməsi haqqında” qanun layihəsinə baxılacaqdır. Cari ilin dövlət büdcəsinin gəlir və xərclərinin artırılması istisna edilmir.
Bundan əlavə, yaxın günlərdə parlamentdə “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi da müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]