Ceyms Bondun sevgilisi vəfat edib
Bakı, 1 aprel, AZƏRTAC
"Agent 007" haqqında "Qoldfinger" filmində Ceyms Bondun sevgilisini oynamış britaniyalı aktrisa Tanya Male 77 yaşında vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı bondiana menecerlərinə istinadla "Daily Mirror" nəşri yayıb.
Qəzet menecerlərin bəyanatından bu sözləri sitat gətirib: "Biz çox təəssüf edirik ki, "Qoldfinger" filmində Tilli Masterson rolunu ifa etmiş Tanya Male vəfat edib".
T.Male öz karyerasına model kimi başlayıb. O, 1964-cü ildə "Qoldfinger" filmində Bondun sevgilisini oynayıb. Həmin filmdə T.Malenin tərəf-müqabili Şon Konneri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]