İDMAN
Çempionlar Liqası matçında müdafiəçi iki penalti zərbəsini qaytarıb
![Çempionlar Liqası matçında müdafiəçi iki penalti zərbəsini qaytarıb](/files/2014/2/1200x630/14092314601511245041_1200x630.jpg)
AZƏRTAC Bolqarıstan KİV-lərinə istinadla xəbər verir ki, penalti zərbələri vurularkən Razqraddan olan komandanın qapısını müdafiəçi qoruyurdu.
Cavab matçının əlavə vaxtında, 119-cu dəqiqədə “Ludoqorets” klubunun qapıçısı Vladislav Stoyanov öz komandasını aşkar məğlubiyyətdən xilas etməyə son ümid yeri kim, qaydaları qəsdən pozduğuna görə meydandan çıxarıldı. Bolqarıstan komandası bütün əvəzetmə imkanlarını istifadə etdiyinə görə meydan sahiblərinin qapısında rumıniyalı müdafiəçi Kosmin Motsi dayanmalı oldu.
Penaltilər seriyasında Motsi iki zərbəni qaytardı və “Ludoqorets” bu futbol lotereyasında qalib gəldi (6:5).
Sporta.bg saytı bolqar klubunun sahibi Krill Domusçiyevin bu sözlərini sitat gətirir: “Stoyanov meydandan çıxarılandan sonra biz qələbəyə ümidimizi tamamilə itirdik, lakin sonra mən mat qaldım: Motsi möcüzə törətdi. Mən hətta fanatlara təklif etmişəm ki, tribunalardan birinə Motsinin adını versinlər”.
“Ludoqorets” klubu 1945-ci ildə yaradılıb. Hazırda çiçəklənmə dövrünü yaşayan komanda son üç mövsümdə Bolqarıstan çempionatında qalib gəlib, halbuki yaxın vaxtlara qədər belə bir klubun olmasını çoxları bilmirdi.