ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB TSZYAN TSZEMİNƏ
Hörmətli cənab Sədr,
Koreyanın cənubunda Çin hava yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2002-ci il