CİDDƏDƏ İSLAM İNKİŞAF BANKININ NÖVBƏTİ İLLİK TOPLANTISI KEÇİRİLMİŞDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 3-4-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupunun Müdirlər Şurasının 33-cü İllik Toplantısı keçirilmişdir. Banka üzv olan 56 ölkənin yüksək vəzifəli nümayəndələrinin iştirak etdiyi toplantıya Bəhreynin maliyyə naziri sədrlik etmişdir.
Tədbirdə ölkəmizi İslam İnkişaf Bankında Azərbaycan üzrə müdir, iqtisadi inkişaf naziri Heydər Babayev təmsil etmişdir.
Toplantıda İİB Qrupuna üzv olan təşkilatların - İslam Həmrəylik Fondunun, İslam Ticarət Maliyyə Korporasiyasının, İnvestisiyalar və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının illik hesabatları dinlənilmiş, növbəti illər üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
İclasda təşkilati məsələlərə də baxılmışdır. Tacikistan vətəndaşı Hamadan Taqaymurodov İİB-in D Qrupuna (bu qrupa Orta Asiya ölkələri, Albaniya və Azərbaycan daxildir) icraçı direktor seçilmişdir. Bundan başqa, İİB-in 34-cü İllik Toplantısının Türkmənistanda, 2010-cu ildəki 35-ci İllik Toplantısının isə Bakıda keçirilməsi qərara alınmışdır.
Toplantı çərçivəsində İİB-ə üzv olan müxtəlif ölkələrdə fəaliyyət göstərən və Bankın əməkdaşlıq etdiyi təşkilatların tədbirləri (seminarlar, təqdimatlar, görüşlər) də keçirilmişdir. Eyni zamanda İİB-in İslam bankçılığı, texnologiyaların inkişafı və s. mövzularda elan etdiyi müsabiqə yekunlaşmış, qaliblərə mükafatlar təqdim olunmuşdur.
Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Heydər Babayev İİB-in prezidenti Əhməd Məhəmməd Əli ilə də görüşmüş, Bankla əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişdir.
Qeyd edək ki, iyunun 12-də İİB prezidenti Əhməd Məhəmməd Əlinin Bakıya səfəri nəzərdə tutulur. Səfər çərçivəsində Bank rəhbərinin Bakıda keçiriləcək Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin 1-ci İnvestisiya Konfransında iştirak edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]