DÜNYA
Danimarkanın Kraliçası II Marqrete yanvarın 14-də hakimiyyətdən gedəcəyini açıqlayıb
![](/files/galleryphoto/2024/1/1200x630/17040637544980725308_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1704063754922924659_1200x630.jpg)
Bakı, 1 yanvar, AZƏRTAC
Danimarkanın Kraliçası II Marqrete Yeni il münasibətilə televiziya ilə xalqa müraciətində yanvarın 14-də hakimiyyətdən rəsmi şəkildə gedəcəyini açıqlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 52 ildir hakimiyyətdə olan Kraliça müraciətində taxtı oğluna - vəliəhd Frederikə təhvil verəcəyini elan edib.
Səksən üç yaşlı II Marqrete hazırda Avropada ən çox taxtda qalan qadın monarxdır. O, eyni zamanda, dünyada hazırda hakimiyyətdə olan yeganə Kraliçadır. II Marqrete 1972-ci ildə atası Kral IX Frederikin ölümündən sonra taxta çıxmışdı.
Kraliça hakimiyyətdən getmək barədə qərarın 2023-cü ilin əvvəlində keçirdiyi cərrahiyyə əməliyyatından sonra qəbul olunduğunu açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [16:49]
Şahzadə Anna xəstəxanaya yerləşdirilib
- 24.06.2024 [15:33]
Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb
- 24.06.2024 [15:30]
Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb
- 24.06.2024 [15:03]
Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub
- 24.06.2024 [14:49]
Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq
- 24.06.2024 [14:47]
Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək
- 24.06.2024 [14:43]
Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər
- 24.06.2024 [14:23]