“DARVİN BANKƏSİ” VƏ “QƏRBİ ABŞERON” YATAQLARINDA YENİ PLATFORMALAR QURAŞDIRILACAQDIR
AZƏRTAC xəbər verir ki, “General Əliağa Şıxlinski” üzən kranı “Abşeronneft” Neft Qaz Çıxarma İdarəsinin “Darvin Bankəsi” yatağına yeni 660 nömrəli neft-qaz platformasının ilk iki blokunu nəqlinə başlamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bildirmişlər ki, hər birinin çəkisi 125 ton olan 9 blokdan ibarət platforma dənizin 16 metr dərinliyində quraşdırılacaqdır. Platforma “AzFen” birgə müəssisəsində hazırlanır və 12 quyunun qazılması üçün nəzərdə tutulmuşdur.
Pirallahı adasından 6 kilometr aralıda yerləşən “Darvin Bankəsi” yatağı 1950-ci ildən istismardadır. Yatağın çıxarılabilən qalıq ehtiyatları 2,6 milyon ton neft və 0,5 milyard kubmetr qaz təşkil edir. Yataq “Abşeronneft” NQÇİ tərəfindən istismar olunur.
2008-ci ildə “Abşeronneft” NQÇİ üçün “Qərbi Abşeron” yatağında daha bir platformanın - hər blokunun hündürlüyü 2,5 metr olan beşbloklu 57 nömrəli platformanın istismara verilməsi planlaşdırılır. Platforma dənizin 16 metr dərinliyində quraşdırılacaqdır. Dayaq bloklarının, aralıq seksiyaların və 7 yanalma sahəsinin yığımı artıq başa çatmışdır. Platformanın üç bloku “Neftqaztikinti” trestinin 4 saylı Tikinti-quraşdırma idarəsi tərəfindən Zığdakı sahədə, iki bloku isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilmişdir. Yaxın vaxtlarda bloklar dənizə aparılaraq, layihə üzrə nəzərdə tutulmuş yerdə quraşdırılacaqdır. Burada artıq “Xəzər-4” üzən qazma qurğusundan 4 quyu qazılmış və müsbət nəticələr alınmışdır. İlin sonunadək həmin quyular platformaya birləşdirilərək boru kəmərinə qoşulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]