SİYASƏT
Dmitri Juravlyov: Azərbaycanın bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri nizama salmaq istəyi, digər tərəfdən bu məsələyə çox həssas yanaşması olduqca ağıllı siyasət yeritdiyini sübut edir
![Dmitri Juravlyov: Azərbaycanın bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri nizama salmaq istəyi, digər tərəfdən bu məsələyə çox həssas yanaşması olduqca ağıllı siyasət yeritdiyini sübut edir](/files/2013/3/1200x630/14071451654549317418_1200x630.jpg)
Moskva, 29 noyabr (AZƏRTAC). Rusiyanın “Qolos Rossii” radiosu Vilnüsdə keçirilən Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammiti ilə əlaqədar verilişində “Azərbaycan təhlükəsiz inteqrasiyanı seçir” mövzusuna toxunmuşdur. Rusiyanın Regional Problemlər İnstitutunun baş direktoru Dmitri Juravlyov radioya müsahibəsində demişdir: “Azərbaycanın bir tərəfdən Avropa İttifaqı ilə münasibətləri nizama salmaq istəyi, digər tərəfdən bu məsələyə çox həssas yanaşması, olduqca ağıllı siyasət yeritdiyini sübut edir. Bu cür assosiasiya çox mürəkkəb prosesdir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva