CƏMİYYƏT
Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində çalışan işçilərin yay istirahəti davam etdirilir
Bakı, 23 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin birgə səyi nəticəsində “Kollektiv əmək müqaviləsi”nin şərtlərinə uyğun olaraq, yay mövsümündə işçilərin istirahətinin səmərəli təşkil olunması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyun ayından başlayaraq idarə işçilərinin yay istirahətləri iki və beş gün müddətində kollektiv və fərdi qaydada təşkil olunaraq, respublikamızın səfalı guşələrində fəaliyyət göstərilən istirahət mərkəzlərinə göndərilmişdir.
Belə ki, işçilər Lerik rayonunda fəaliyyət göstərən “Relax” istirahət mərkəzinə, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Nabran” istirahət mərkəzinə ,“Əlincə” istirahət mərkəzinə, “Orman” istirahət mərkəzinə, “Qreen Ville” istirahət mərkəzinə, İsmayıllı rayonunda yerləşən “Şahbulaq” istirahət mərkəzinə, “Qreen House” istirahət mərkəzinə və Novxanıda yerləşən “AF Hotel” istirahət mərkəzinə göndərilmişlər.
Bu müddət ərzində idarənin müxtəlif struktur bölmələrindən olan əməkdaşları kollektiv şəkildə və 34 nəfər işçisi isə özü və ailə üzvləri ilə birlikdə iki və beş günlük adıçəkilən istirahət mərkəzlərində olmuşlar.