DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN ƏMƏKDAŞLARI İRANDAN ÖLKƏMİZƏ KÜLLİ MİQDARDA NARKOTİK MADDƏ KEÇİRİLMƏSİNİN QARŞISINI ALMIŞLAR
AZƏRTAC xəbər verir ki, Dövət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş uğurlu tədbirlər nəticəsində iyunun 3-də saat 3.30 radələrində Cəlilabad rayonunun Edişə kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində İran ərazisindən Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş 4 nəfərin külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə respublikamıza keçirməsinin qarşısı alınmışdır.
DSX-nin mətbuat mərkəzindən bildirmişlər ki, qaçaqmalçılar sərhəd naryadının təlimata uyğun qanuni tələblərinə tabe olmayaraq sərhədçilərə qarşı odlu silahdan atəş açmışlar. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları qaçaqmalçıların silahlı müqavimətini dəf etmək və cinayətin qarşısını almaq məqsədi ilə onlara qarşı silah tətbiq etmişlər. Nəticədə İran vətəndaşlarından ibarət cinayətkar qrupun üzvlərindən biri göstərilən tibbi yardıma baxmayaraq, aldığı güllə yarasından ölmüş, digər 3 nəfər isə tutulmuşdur. Onlardan ikisi yaralıdır. Sərhəd pozucularına zəruri tibbi yardım göstərilmişdir və hazırda onların səhhətləri qənaətbəxşdir.
Hadisə yerindən sərhəd pozucularına məxsus 39 kiloqram həşiş qatranı, 3 kiloqram kristal formasında heroin, AKMS markalı 1 avtomat silah, 5 giliz, ABŞ istehsalı olan 2 müasir gecəgörmə cihazı, 4 mobil telefon və 5900 ABŞ dolları aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Əməliyyat-istintaq tədbirləri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]