Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya yaddaş çempionu: Uğur qazanmaq üçün motivasiyadan daha çox nizam-intizam lazımdır - MÜSAHİBƏ

Dünya yaddaş çempionu: Uğur qazanmaq üçün motivasiyadan daha çox nizam-intizam lazımdır - MÜSAHİBƏ

“Darıxdırıcı işləri sevmək lazımdır”

Bakı, 9 oktyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Dünya yaddaş çempionu Orxan İbadov ixtisasca hüquqşünas olsa da, bu sahədə cəmi iki il fəaliyyət göstərib. 1986-cı ildə Bakı şəhərində anadan olub, beş yaşında məktəbə gedib, 15 yaşında isə 642 balla Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinə daxil olub, bakalavr və magistratura pillələrində təhsil alıb. Hazırda ilin bir hissəsini Bakıda, çoxunu Barselonada yaşayır. Azərbaycan dilindən əlavə ingilis, ispan, rus dillərində sərbəst danışır. Beləliklə, Orxan İbadovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

“Dünyanın hər yerində müvafiq standartlara uyğun iş tapmaq çətindir. Bu səbəbdən texniki kodları, sayt qurmağı, “google”u manipulyasıya etməyi və onun axtarış kodlarını öyrəndim. Ancaq paralel olaraq hüquqşünas kimi də işimə davam edirdim. Bir müddətdən sonra onlayn biznes planım tam formalaşandan sonra daha hüquqşünas kimi çalışmadım. Ancaq bu peşə mənə hüquqi biliklər və yaxşı dostlar qazandırdı. Həmin dövrlərdə bir çox xarici ölkədən mənə iş təklifləri gəlirdi. Azərbaycandan getmək istəməsəm də, özümü həmişə müxtəlif sahələrdə inkişaf etdirmək istəmişəm. Mənə gələn iş təklifləri arasında ən uyğunu İspaniyanın Barselona şəhərində çalışmaq oldu. Həmin şəhərin sakinləri azərbaycanlılar kimi istiqanlıdırlar. Buna səbəbdən, orada yaşamağa, şəhərə uyğunlaşmağa çox da çətinlik çəkmədim. Eyni zamanda, dilini bilmədiyin ölkədə gedib yaşamaq əlavə zehni üstünlüklər yaradır. Sən həyatda qalmağa, yaşamağa çalışırsan. Barselonada yaşamağa başladığım ilk aylar hər gün səhər 5-də yuxudan oyanır və axşam saat 9-dək özümü inkişaf etdirmək üçün çalışırdım. Barselonadakı şirkətdə axtarış sistemləri üzrə mütəxəssis kimi fəaliyyət göstərirdim. Həmin şirkətdə bacarıqlarımı nümayiş etdirəndən sonra müəyyən şərtlər irəli sürdüm. Həmin şərtlər arasında istədiyim vaxt doğma Vətənimi ziyarət etmək də var idi. Bununla paralel, sürətli öyrənmə, beyni səliqəyə salmaq kimi mövzuda təlimlər keçirəm. Ancaq təlimlərə sadəcə ambisiyası yüksək olanlar qoşula bilər. Hazırda ilin 5 ayını Azərbaycanda, 7 ayını isə Barselonada yaşayıram. Son vaxtlar Tailandda yaşamaq məni daha çox çəkir. Bu həyat tərzi uşaqlıq arzusu olub. Müəyyən qədər sərbəstlik insanda yaradıcılığı artırır. Ancaq özünü inkişaf etdirmək istəyi varsa, sərbəstliklə yanaşı, nizam-intizam da mütləq şərtdir”.

-Orxan, gənclərə nə məsləhət görərdiniz?

-Təəssüf ki, hazırda dünyada, xüsusilə gənclər arasında səthi düşüncə çox geniş yayılıb. Həmin düşüncədə hər zaman səhv ola bilər. Məsələn, biz XIII əsrdə yaşasaydıq və sizdən Günəşin, yoxsa Yerin hərəkət etdiyini soruşsalar, şübhəsiz ki, cavab Günəş olacaqdı. Ancaq dərin düşüncə ilə fikirləşən alimlər anladılar ki, əslində hərəkət edən Yer planetidir. Problem də ondadır ki, hazırda gənclərin böyük hissəsi səthi düşünərək formalaşırlar. Onlara məsləhət görərdim ki, sorğulamağı, axtarmağı, öyrənməyi bacarsınlar və özlərində düzgün təhlil etmək bacarığı formalaşdırmağa çalışsınlar.

İnsanlara müəyyən uğur qazandırmaq üçün motivasiyadan daha çox nizam-intizam lazımdır. Ancaq nizam-intizam səhərdən axşamadək çalışmaq deyil. Əsas məsələ qısa müddətdə tam gücü ilə işləməyi bacarmaqdır. Bunu özlərində formalaşdırmağı bacaranlar həyatda uğur qazanırlar. Mən özümə bir sıra şərtlər qoymuşam və çalışıram ki, həmin şərtlərdən kənara çıxmayım. Misal olaraq deyim ki, günorta saat 2-dək özümə telefon məhdudiyyəti qoymuşam. Bu, eyni zamanda, asılılıqlardan uzaqlaşmaq üçün də fürsət yaradır.

Bundan əlavə, darıxdırıcı işləri sevmək lazımdır. Çünki hazırda həyatımızın ayrılmaz hissəsinə çevrilən ağıllı telefonlar olduqca maraqlıdır. Məsələn, mən çox zaman layihələrimi kağız və qələmlə hazırlayıram. Əslində, bunu telefonla etmək daha az vaxt alır və rahatdır.

Hazırda texnoloji inqilablar dövrüdür. Əvvəllər belə inqilablar on ildən bir olurdusa, gələcəkdə iki həftədən bir olacaq. Gərək həmin müddətdə özünü yüksək səviyyədə inkişaf etdirməyi bacarasan. Uyğunlaşmaq üçün sürətlə inkişaf etmək, bunun üçün isə darıxdırıcı işləri xoş qarşılamaq lazımdır. Çünki indi elə bir dövr gəlib ki, istədiyin məlumatı 5 dəqiqə ərzində ətraflı şəkildə əldə etmək mümkündür.

-Ümumiyyətlə yaddaş texnikaları nədir? Onunla ilk dəfə necə tanış olmusunuz?

-Magistratura dövründə kitabxanalara çox gedirdim. O vaxtlar siyasi, iqtisadi mövzuda kitabları oxumağı sevirdim və bu sahələrdə olan demək olar ki, bütün kitabları və jurnalları alıb oxumuşam. Təsadüfən kitabların birində “sürətli oxumağın sirləri” yazılan paraqraf gördüm. Həmin dövrdə psixoloji olaraq depressiyada idim, desəm, doğru olar. Çünki insan beyni inkişaf etmək istəyir və dayandıqca sıxılır. Bu sıxıntı isə depressiya yaradır. Yeri gəlmişkən, hazırda gənclərin əksəriyyətinin həmin problemdən əziyyət çəkməsinin səbəbi budur.

Daha sonra yaddaş texnologiyaları ilə bağlı araşdırmalar aparmağa başladım və almaniyalı yaddaş mütəxəssisinin internetdə videosunu izlədim. İş elə gətirdi ki, sonradan mən həmin mütəxəssisin yaddaş rekordunu yeniləyərək onu məğlub etdim. Sonralar öyrəndim ki, o, Türkiyədə bununla bağlı təlimlər keçir və bu sahədə kitabları var. Təqaüddən aldığım pulu yığaraq həmin kitabları aldım. Açığını desəm, həmin vaxtlar yaddaş çempionlarına dahi kimi baxırdım.

Yeri gəlmişkən deyim ki, qədim elm olan yaddaş texnikaları ilk dəfə Yunanıstanda formalaşıb və onu yunan şairi Simonides kəşf edib. Sonra qədim romalı hüquqşünas və natiq Siseron bu elmlə məşğul olub. O, uzun mətnləri əzbərləyib danışardı. Daha sonra Siseronun həmin qabiliyyətini yaddaş texnikaları ilə inkişaf etdirdiyi aşkarlanıb. Yaddaş texnikaları uzun illər gizli qalıb. İtaliyalı Bruna Cordanonun çox yaxşı yaddaş texnikası var. Həmin texnikalarla məşğul olanlara “yaddaş atletləri” deyilir.

Ümumiyyətlə insan beyni yaddaş üçün yox, yaradıcılıq üçün yaranıb. Müəyyən qədər məlumat topladıqdan sonra beynin yaddaş hissəsi dolur. Ona görə də bəzi məlumatları unutmaq mümkündür və nəticədə insanlar yaddaş problemindən şikayətlənirlər. Ancaq onu nəzərə almaq lazımdır ki, bu, yaddaşın funksiyasıdır. Yaddaş texnikaları vasitəsilə yarışlarda bir dəqiqə ərzində 100-dən çox söz əzbərləmək olar. İnsan beyni gün ərzində 34 geqabayt məlumat götürə bilir. Gün ərzində gördüklərimiz beynin bir hissəsinə yerləşir. Gördüklərimizdən yalnız bizə maraqlı olanlar diqqətimizi çəkir və yaddaşda qalır. Bütün bu məlumatları öyrəndikdə önümüzdə yeni xəyali imkanlar yaranır.

-Bu sahədə beynəlxalq uğurlarınız barədə danışardınız...

-2017-ci ildə Türkiyədə yaşayan dostum mənə yaddaş yarışlarında özümü sınamağımı tövsiyə etdi. O məni həvəsləndirdi ki, “bəlkə yarışda ilk iyirmilikdə yer tutdun...” Yarışa 3 ay qalmış məşq etməyə başladım. Ətrafımda heç kəs qalib olacağımı düşünmürdü. Bunun özü də məndə motivasiya yaratdı. Özümə söz verdim ki, mən o kuboku Vətənə gətirəcəyəm. İştirak etdiyim ilk yarışda ikinci yeri tutaraq gümüş medala yiyələndim. Bundan sonra daha çox yarışlarda iştirak etməyə çalışdım. 2018-ci ildə yaddaş üzrə Avropa çempionatında 3-cü, dünyada isə 11-ci yeri tutdum. Bu uğurlara baxmayaraq, dünya çempionu olmaq istəyirdim. Pandemiya ilə əlaqədar olaraq 2021-ci ildə çempionluq onlayn formatda keçirildi. Həmin yarışda mən ilk altılıqda idim. Bu, Azərbaycan üçün yüksək sayılsa da, bununla kifayətlənmək istəmirdim. 2023-cü ildə Almaniyada yaddaş yarışı üzrə qələbə qazandım. Elə həmin il Fransada keçirilən yarışda finala yüksəldim, rəqibim yerli sakin idi. Həmin vaxt Fransanın bir çox televiziyası, media qurumları yarışın gedişini işıqlandırırdılar. Hamı fransız yaddaş ustasının qalib gələcəyini gözləsə də qalib gələn mən oldum. Bundan sonra Hindistanda keçirilən yarışda dünya rekordunu yenilədim. Hətta yeni dünya rekordu müəyyənləşdirdiyimi də bilmirdim. Bunu mənə sonradan dedilər. Bir saata 3 min 412 rəqəmi əzbərlədim. Bu isə hələ də dünya rekordu sayılır...

-Güclü yaddaş genetik amillə bağlı ola bilər?

-Yaddaş genetik amil deyil. Genetika bu sahədə sadəcə 10 faiz kömək edə bilər. Əsas meyar öz üzərində çalışmaq, inkişaf etməkdir. Mən həmişə bilmədiyim bir şeyi öyrənməyə, araşdırmağa çalışıram.

Bəzən soruşurlar ki, kişi, yoxsa qadın beyni daha güclüdür? Bu sualı düzgün cavablandırmaq üçün bir sıra araşdırmalar aparılıb. Mən həmin tədqiqatlara istinadla deyə bilərəm ki, yeni bilikləri qısa müddətdə qavrama baxımından qadın beyni nisbətən daha üstündür. Bəzi sosial amillər səbəbindən dünyanın bir sıra yerlərində qadınlar bu sahədə geridə qala bilərlər. Ancaq quruluşları baxımdan qadınların beyinləri kişilərdən daha gücü yaddaşa malikdir.

Yaddaş texnikasından elmi araşdırma üçün maraqlananlar çox olsa da, təəssüf ki, bu sahədə yarışlarda iştirak etmək istəyən gənclərin sayı azdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər