Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir
Bakı, 7 avqust, AZƏRTAC
Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə sentyabrın 17-də saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə sentyabrın 18-də saat 12:00-da Energetika Nazirliyində keçiriləcək.
Son müraciət tarixi: 01.09.2026-cı il
Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:
- Attestasiya Proqramı (təsərrüfat subyektləri üzrə)
- Attestasiya Proqramı (binalar (qurğular) üzrə)
- Bələdçi
- İxtisas Attestatının əldə edilmə qaydası
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000
Qeyd: Namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə öncədən yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.
Əlaqə: 598-16-53/54/55 (daxili 1057)