Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub
Cəbrayıl, 4 oktyabr, AZƏRTAC
Cəbrayıl Şəhəri Günü münasibətilə konsert proqramı təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumi təhsil məktəbində təşkil olunan konsertdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblı çıxış edib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi anılıb.
Sonra konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar təqdim olunub, Azərbaycan milli rəqsləri nümayiş etdirilib. Konsertdə Cəbrayıl şəhərinin yeni inkişaf mərhələsi mədəni proqramla qeyd olunub, milli musiqi və rəqs sənətinin təbliğinə diqqət çəkilib.
Müxbir - Aydın Yavərzadə