ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır
Bakı, 7 avqust, AZƏRTAC
2026-cı ilin yayında ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında beş nəfər intihar edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ Kiber Komandanlığı 2026-cı ilin yayında şəxsi heyəti arasında baş verən bir sıra intihar hadisələrinin səbəbini müəyyən etməyə çalışır.
Agentliyin məlumatına görə, son bir ildə İrana qarşı hərbi əməliyyat da daxil olmaqla, xarici münaqişələr səbəbindən Kiber Komandanlıq heyətinin iş yükü əhəmiyyətli dərəcədə artıb. Nəşr onu da qeyd edir ki, komandanlıq 2010-cu ildə təsis edildiyi vaxtdan bəri "əsas vəzifələrdə xroniki mütəxəssis çatışmazlığı" şəraitində fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:42]
“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib
- 07.08.2026 [13:35]
Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir
- 07.08.2026 [13:35]
Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib
- 07.08.2026 [12:48]
ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq
- 07.08.2026 [11:19]
Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb
- 07.08.2026 [11:07]
Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır
- 07.08.2026 [10:54]