DÜNYA
Dünyada ən çox dildə yayımlanan Çin Beynəlxalq Radiosunun 70 yaşı tamam olmuşdur
Pekin, 3 dekabr (AZƏRTAC). Dekabrın 3-də Çin Beynəlxalq Radisounun (ÇBR) yaranmasının 70 ili tamam olmuşdur.
1941-ci ildə Şansi vilayətinin Yanan şəhərində ənənəvi radio kimi fəaliyyətə başlayan ÇBR hazırda internet və multimedia xidmətləri vasitəsi ilə dünya səviyyəli müasir kütləvi informasiya vasitəsinə çevrilmişdir. Radionun televiziya və mobil telefon xəbər xidməti, habelə qəzeti də vardır.
ÇBR gün ərzində 61 dildə ümumilikdə 3 min saat yayımlanır. Yayım dillərinin sayına görə ÇBR dünyada birinci yerdədir. Ötən 70 ildə radio Çini dünyaya və dünyanı Çinə tanıtmaq, Çin xalqı ilə dünya xalqları arasında münasibətləri inkişaf etdirmək missiyasını uğurla həyata keçirmişdir.
Dekabrın 3-də Pekində Çin Beynəlxalq Radiosunun yaranmasının 70 illik yubileyinə həsr rolunmuş bayram mərasimi keçirilmişdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin