SİYASƏT
Düşmənin top atəşi nəticəsində Tərtər rayon Yenikənd kənd sakini Lyuda Oqorodnikin evinin həyətdəki yardımçı tikili dağılıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Düşmənin növbəti dəfə ağır artilleriya qurğularından açdığı atəş nəticəsində sentyabrın 30-da saat 15 radələrində Tərtər rayonunun Yenikənd kənd sakini, Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisi düşüb. Nəticəsində həyətdə olan yardımçı tikili dağılıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunmaları üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bütün zəruri tədbirlər görüləcək.