Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Əmirbəyov: Azərbaycan ilə Şimali Makedoniyanın siyasi dialoq baxımından çox yaxşı münasibətləri var

Skopye, 13 iyun, AZƏRTAC

Azərbaycan ilə Şimali Makedoniya arasında iqtisadi əməkdaşlıq potensialı hələ də istifadə olunmayıb, bizim çoxlu imkanlarımız var. Biz təkcə rəsmi şəxslər deyil, həm də işgüzar dairələr, müxtəlif biznes forumları, sahə nazirliklərinin müxtəlif nümayəndə heyətləri arasında daha çox əlaqələrə malik olmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Şimali Makedoniyanın “MIA” media informasiya agentliyinə müsahibəsində səsləndirib.

Şimali Makedoniyaya səfəri çərçivəsində jurnalist Aleksandar Atanasovun suallarını cavablandıran Elçin Əmirbəyov səfərin məqsədlərindən, ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən və iqtisadi əlaqələrin perspektivlərindən bəhs edib. Bildirilib ki, səfərin iki məqsədi var. İlk növbədə, məqsəd Şimali Makedoniya hakimiyyəti ilə ikitərəfli münasibətləri nəzərdən keçirməkdir. İki ildən sonra Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq.

“Əldə olunan nəticələri və gələcəkdə nələri daha yaxşı edə biləcəyimizi düşünmək üçün yaxşı vaxtdır. İkinci məqsəd isə Şimali Makedoniya hazırda Azərbaycanın da üzv dövlət olduğu ATƏT-in fəaliyyətdə olan sədri rolunu yerinə yetirir. Bunu nəzərə alaraq, məqsədimiz Şimali Makedoniya rəsmilərini Cənubi Qafqazda regional təhlükəsizlik baxımından mövcud vəziyyət, konkret olaraq Azərbaycan və Ermənistan arasında gedən sülh prosesi haqqında məlumatlandırmaqdır”, - deyə E.Əmirbəyov qeyd edib.

Birinci vitse-prezidentin köməkçisi deyib ki, iki ölkə arasında siyasi dialoq baxımından çox yaxşı münasibətlər var. Ölkə liderləri və nazirlər müntəzəm olaraq görüşürlər, xüsusən də xarici işlər nazirləri son vaxtlar bir neçə dəfə görüşüblər. Şimali Makedoniyanın xarici işlər naziri bu ilin aprelində Azərbaycana səfər edib. E.Əmirbəyov, həmçinin bildirib: “Düzdür o, bu səfəri ATƏT-in fəaliyyətdə olan sədri kimi edib, lakin səfər çərçivəsində həm də azərbaycanlı rəsmilərlə ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Düşünürəm ki, ölkələrimiz iqtisadi əməkdaşlıq potensialından hələ çox yaxşı səviyyədə istifadə etməyib. Bizim yaxşı potensialımız, çoxlu imkanlarımız var. Ona görə də hesab edirəm ki, biz təkcə rəsmi şəxslər səviyyəsində deyil, həm də işgüzar dairələr, müxtəlif biznes forumları, müvafiq nazirliklərin nümayəndə heyətləri arasında daha çox təmaslara malik olmalıyıq”.

Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının zəruri olduğu da vurğulanıb.

Elçin Əmirbəyov deyib ki, ənənəvi enerji təchizatçısı kimi tanınan Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinə töhfə verir, Aİ-nin əsas strateji tərəfdaşlarından biridir. Şimali Makedoniya Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu almaq istəyir. Cənub-Şərqi Avropanın bir çox ölkəsi təbii qazın tədarükünü razılaşdırmaq üçün hazırda Azərbaycanla müzakirələr aparır. “Lakin enerji yalnız bir sahədir və düşünürəm ki, biz hər iki ölkənin bir-birinə təklif edə biləcəyi əsas məhsulları ümumiləşdirməliyik. Bizim biznes və ticarət imkanları baxımından müntəzəm ünsiyyət kanalımız olmalıdır. Hesab edirəm ki, qarşıda görüləsi hələ çox iş var. Həmçinin Azərbaycan bu yaxınlarda Şimali Makedoniyaya yeni səfirini akkreditə edib, Serbiyadakı səfirimiz indi Skopyedə də səfirdir. Hesab edirəm ki, ötən müddətdə qurulan əlaqələr bizə mövcud boşluqları doldurmaq imkanı verə bilər”.

Azərbaycan rəsmisi 2020-ci ilin sonundan etibarən Xəzər dənizinin təbii qaz ehtiyatlarının Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya və bir sıra digər ölkələrə nəql edildiyini bildirərək qeyd edib: “Azərbaycandan təbii qaz alan ölkələrin sayı tezliklə 10-a çatacaq. Şimali Makedoniyanın da Azərbaycan təbii qazının bir hissəsini idxal etməkdə müəyyən marağı var. Həmçinin Azərbaycan Şimali Makedoniya məhsullarının bəziləri üçün də cəlbedici bazar ola bilər və eynilə də bunun əksi mümkündür”.

Jurnalistin Azərbaycan təbii qazının Şimali Makedoniyaya mümkün nəqli ilə bağlı sualına cavab olaraq Elçin Əmirbəyov deyib ki, tədarükçü kimi Azərbaycan qazını Şimali Makedoniyaya da çatdırmaqdan məmnun olardıq. Bunun üçün lazımi ötürmə qabiliyyəti və ya paylayıcı şəbəkələr lazımdır. Şimali Makedoniya bu məsələni Avropa İttifaqı ilə müzakirə edə bilər. Çünki Aİ Cənub Qaz Dəhlizini çox dəstəkləyir, biz də öz tərəfimizdən Şimali Makedoniyanı alıcı ölkələr siyahısına daxil etməyə açıq və hazırıq. Bundan başqa, Azərbaycan təbii qazının qiyməti rəqabətədavamlı və istehlakçılar üçün daha aşağıdır”.

Moldovanın paytaxtı Kişineuda keçirilən “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı barədə fikirlərini bölüşən Elçin Əmirbəyov qeyd edib ki, bu təşəbbüs Fransa tərəfindən irəli sürülüb və indiyədək iki görüş olub. Yeni təşəbbüs kimi ona müəyyən vaxt lazımdır ki, oturuşsun, insanlar bu platformanın artıq mövcud olan bütün digər təşkilat və platformalarla müqayisədə üzv dövlətlərə hansı müqayisəli üstünlüyü təmin edə biləcəyini həqiqətən başa düşsünlər. Amma şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, liderlərin toplantısı yaxşı keçdi, 45-dən çox ölkə təmsil olundu. Müzakirələrin və mübadilələrin qeyri-rəsmi xarakter daşıması müzakirələrin keyfiyyətinə bir qədər də dəyər qatdı. Bu, liderlərin müntəzəm olaraq bir-birini görmələri üçün yaxşı fürsətdir.

Jurnalistin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində səylərlə bağlı sualına cavabında isə Elçin Əmirbəyov qeyd edib ki, sülh üçün real imkanlar və ya şanslar İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, Azərbaycan 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında olan əraziləri azad etdiyi vaxt yaranıb. Beləliklə, Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistana münaqişədən sonrakı sülh proqramı təklif edib. Ona görə də sülh müqaviləsi layihəsini masaya qoyduq ki, bu da bizə düşmənçilik səhifəsini çevirməyə və münasibətlərimizi normallaşdırmağa kömək edə bilər. Bu müqavilə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarının rədd edilməsinə əsaslanır. Hesab edirik ki, əgər Ermənistan təkcə bəyanatlarla deyil, real əməlləri ilə sülhə hazır olduğunu, Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini sübut etsə, yerlərdə bunun həqiqi sübutunu görə bilsək, bizim böyük bu sülhə sahib olmaq şansımız yaranar. İndi hər hansı bir müddət göstərmək çətindir, çünki bəzən onlara əməl edilmədikdə müəyyən məyusluqlar yaranır, lakin biz erməni tərəfinin nə qədər səmimi olduğunu görməliyik. Odur ki, bir tərəfdən Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünə hörmətindən danışır, digər tərəfdən isə Azərbaycanın suveren ərazisində, Qarabağ bölgəsində hələ də 10 min erməni silahlı birləşmələri var. “Dağlıq Qarabağ” anlayışı artıq yoxdur. Bu gün bizim ərazimizin yeni inzibati ərazi bölgüsü - Qarabağın həm dağlıq, həm də aran hissələrini birləşdirən vahid Qarabağ iqtisadi rayonu var. Bu region həm də çoxmillətli olacaq. Çünki Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış Azərbaycan əsilli minlərlə məcburi köçkün geri qayıtdıqda bir neçə yüz min əhalisi olan bir bölgəmiz olacaq və ümid edirəm ki, ermənilər gələcəkdə oranın bir parçası olacaqlar. “Biz faktiki olaraq yerli ermənilərə təklif edirik ki, Konstitusiyamıza uyğun olaraq onların Azərbaycan dövlətinin sosial, iqtisadi, humanitar və siyasi çərçivəsinə reinteqrasiya şərtlərini razılaşdırmaq üçün Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə müzakirələr və danışıqlar aparsınlar. Yenə də Ermənistanla Azərbaycan arasında bağlanmış sülh müqaviləsinə qayıdaq. Çünki bu, Azərbaycanın daxili məsələsidir və yerli Ermənistan vətəndaşları ilə müzakirələr, sülh danışıqları son vaxtlar intensivləşib. Mayın əvvəlindən biz xarici işlər nazirləri və liderlər səviyyəsində bir neçə raund müzakirələr aparmışıq. Ümid edirik ki, tezliklə müzakirələri davam etdirəcəyik. Sülh müqaviləsi əlçatandır. Biz Ermənistandan məsuliyyətli davranmasını və verdiyi vədlərə əməl etməsini, bütün silahlı qüvvələrini Azərbaycanın suveren ərazisindən çıxarmaq da daxil olmaqla, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik. Çünki bütün bunlar olmadıqda sülhdən danışa bilmərik. Biz istəyirik ki, bu problem həll olunsun və daha yaxşı şəraitdə sülh danışıqlarına cəmləşək”, - deyə Birinci vitse-prezidentin köməkçisi qeyd edib.

Elçin Əmirbəyov vurğulayıb ki, danışıqlar müxtəlif yerlərdə aparılır və müxtəlif vasitəçilər var, Rusiya da onlardan biridir. Çünki atəşkəs sazişini imzalayan tərəflərdən biri rəsmi Moskvadır və onlar da müntəzəm olaraq görüşlərə ev sahibliyi edirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə üçtərəfli görüşlər olub. ABŞ da danışıqlar prosesinin iştirakçısıdır. Uzun fasilədən sonra bu danışıqlar prosesini bərpa edən də məhz amerikalılar oldular. Beləliklə, sülh sazişinin mətninin razılaşdırılması üçün ikitərəfli danışıq aparılır. Bu mətn iki xalq arasında münasibətlərin əsas prinsiplərini müəyyənləşdirəcək, həmçinin bağlanmış nəqliyyat əlaqələrini açmağa, indiyədək delimitasiya aparılmayan sərhədi müəyyənləşdirməyə imkan verəcək. Bunlar bizim Ermənistanla danışdığımız üç əsas məsələdir. Bu münaqişə başlayanadək Ermənistan tərəfindən 250 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb və bu ölkədən qovulub. Bu gün biz uzunmüddətli sülhdən, azlıqların hüquqlarından danışarkən, tarixi vətənlərinə qayıtmaq hüququ olan yüz minlərlə azərbaycanlının hüquqları məsələsini də gündəmə gətiririk. Beləliklə, biz Qarabağ bölgəsində ermənilərin hüquqlarını müzakirə edirik və bu, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə yerli ermənilər arasında dialoqdur, ona görə də Ermənistan bu prosesdən kənardadır. Azərbaycan özünün etnik erməni əsilli vətəndaşları ilə əlaqə saxlamağa hazırdır. Lakin biz onlardan konstruktiv olmalarını, sosial, iqtisadi və digər hüquqlarından istifadə etmələri üçün bütün imkanların təmin olunacağını başa düşmələrini gözləyirik. Ancaq bu məsələ Azərbaycan dövlətinin qanunları çərçivəsində, Azərbaycan Konstitusiyasına uyğun olaraq edilməlidir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Skopye

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb