Bakıda “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransı baş tutub
Bakı, 31 may, AZƏRTAC
Bu gün “Gənc Aqrosahibkarlar” layihəsinin rəsmi açılış konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) maliyyələşdirdiyi layihə bir neçə tərəfdaşın koalisiyası tərəfindən həyata keçiriləcək.
Sözügedən təşkilatlar Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), “Finance and Social İnnovation Consulting” MMC (FSIC), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “ASK Business Counsulting” MMC və "Dəmirağac" Ekoloji İctimai Birliyidir.
Qeyd olunub ki, “Gənc Aqrosahibkarlar” layihəsinin ümumi məqsədi innovativ və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı texnikası, texnologiyaları və müasir kənd təsərrüfatı xidmətlərinin tətbiqində gənc kənd sahibkarlarına kömək etməklə Azərbaycanda ev təsərrüfatlarının inkişafına və yoxsulluğun azaldılmasına töhfə verməkdir. Layihənin xüsusi məqsədi isə, 2025-ci ilə qədər Lənkəran, Astara, Lerik və Masallı rayonlarında fermerlər, xüsusilə də kənd təsərrüfatı ilə məşğul olan gənclər üçün davamlı məşğulluğun və gəlirlərin yaradılmasıdır.
Layihə çərçivəsində Azərbaycanın cənub bölgəsində yaşayan 70 gəncin (35 kişi və 35 qadın) kənd təsərrüfatı ilə məşğulluğunun artırılması; tərəvəz və meyvə dəyər zəncirlərinə dövlət və özəl sektorun maliyyələşdirilməsinin artırılması; kənd təsərrüfatı xidmətləri üzrə investisiya siyasətini effektiv formalaşmasına dəstəyin olunması, yaxşı təcrübələrin tətbiqinə təsirin və bu sahədə dövlət özəl tərəfdaşlığının gücləndirilməsi; fermerlərin permakultura konsepsiyası sahəsində biliklərinin artırılması, həmçinin iqlim dəyişikliyinin onların dolanışıq vasitələrinə təsirinə qarşı dayanıqlılığın artırılmasını; iki feyxoa kooperativinin yaradılması, fermerlərin bazarlara çıxışının artırılması planlaşdırılır.
Layihə 2024-cü il oktyabrın 19-dək davam edəcək.
11.27
Bu gün “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) maliyyələşdirdiyi layihə bir neçə tərəfdaşın koalisiyası tərəfindən həyata keçiriləcək. Sözügedən təşkilatlar Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), “Finance and Social İnnovation Consulting” MMC (FSIC), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “ASK Business Counsulting” MMC və “Dəmirağac” Ekoloji İctimai Birliyidir.
Qeyd olunub ki, “Gənc Aqrosahibkarlar” layihəsinin ümumi məqsədi innovativ və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı texnikası, texnologiyaları və müasir kənd təsərrüfatı xidmətlərinin tətbiqində yeni nəsil gənc kənd sahibkarlarına kömək etməklə Azərbaycanda ev təsərrüfatlarının inkişafına və yoxsulluğun azaldılmasına töhfə verməkdir. Layihənin xüsusi məqsədi isə 2025-ci ilə qədər Lənkəran, Astara, Lerik və Masallı rayonlarında fermerlər, xüsusilə də kənd təsərrüfatı ilə məşğul olan gənclər üçün davamlı məşğulluğun və gəlirlərin yaradılmasıdır.