Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub
Naxçıvan, 7 iyun, AZƏRTAC
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq həyatını itirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində baş verib. Belə ki, 2019-cu il təvəllüdlü Qurbanov Elmir Cahangir oğlu kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb.
Aparılan axtarış tədbirləri zamanı sudan çıxarılan uşaq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov