Azərbaycan Dövlət İnformasiya Agentliyi

III Beynəlxalq Minatəmizləmə Konfransı işini başa çatdırıb – YENİLƏNİB VİDEO

Bakı, 31 may, AZƏRTAC

Bakıda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr edilmiş III Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb.

AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə çıxış edən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Azərbaycanın Ermənistanla sülh razılaşmasına yaxın olduğunu qeyd edərək deyib: “Ən əsas odur ki, Azərbaycanın suverenliyi tam bərpa olunub. Ermənistanla delimitasiya işlərində irəliləyişlər var. Lakin məcburi köçkünlərin öz yurdlarına qaytarılması, yenidənqurma işləri mina səbəbindən ləngiyir. Azərbaycan minalarla çirklənməyə görə dünyada ilk beşlikdədir. 2020-ci ildə 44 günlük müharibə bitdikdən sonra Azərbaycanın 361 vətəndaşı mina qurbanı olub. Təəssüf ki, bu rəqəm hər həftə artır. Düzgün xəritələrin verilməməsi problemi daha da dərinləşdirir. Mina fəaliyyəti insanlar üçün təhlükəsiz şəraitin yaradılmasına hədəflənib. Həmin fəaliyyət yenidənqurma işlərinin, sosial siyasətin əsasını təşkil edir. Bu prosesə illər lazımdır. Lakin Azərbaycanın bu istiqamətdə işləyən qurumu - ANAMA məhsuldar fəaliyyət göstərir. Xanımlardan ibarət minatəmizləyənlər də var. Lakin bu istiqamətdə ölkəmizə beynəlxalq dəstək azdır. İnanırıq ki, beynəlxalq ictimaiyyət bu yükün bölüşdürülməsinə kömək edəcək”.

BMT-nin Sülh Əməliyyatları Departamentində Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə baş katibin köməkçisi Aleksandr Zuyev konfrans iştirakçılarına videomüraciətində Azərbaycan hökumətinə ətraf mühiti mühafizə sahəsində həyata keçirdiyi tədbirlərə, xüsusilə mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətləri 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi təqdim etdiyinə görə təşəkkür edib: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi onu göstərir ki, ölkə ətraf mühitin mühafizəsini ali məqsəd kimi görür. Azərbaycanın minatəmizləmə fəaliyyətini - xüsusilə ANAMA-nın gördüyü işləri yüksək qiymətləndirirəm. Bu yaxınlarda beynəlxalq mina fəaliyyətləri standartlarının yenilənməsi dərc olunacaq. Ümumilikdə, mina problemi ilə ətraf mühit arasında əlaqəni qabartmaq vacibdir".

Açılış nitqlərindən sonra konfrans panel sessiyalarda davam edib.

“Ətraf mühitin davamlı reabilitasiyası üçün milli bacarıqların yaradılması”, "Təhlükəsiz və yaşıl gələcək üçün resurs səfərbərliyi və mina fəaliyyəti vasitəsilə inklüziv transformasiya" və “Yaşıl davamlı inkişaf üçün siyasət inteqrasiyası və təbliğat” mövzularında keçirilən panel sessiyalarda minaların ətraf mühitə vurduğu ziyandan, insanların həyatı üçün yaratdığı təhlükələrdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinin sürətləndirilməsi və sakinlərin qayıdışı üçün beynəlxalq humanitar minatəmizləmə fəaliyyətinin aparılmasının vacibliyindən söhbət açılıb, ANAMA-nın mina təmizləmə fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra konfransın yekununa dair Bəyannamə qəbul edilib. Bəyannaməni BMT İnkişaf Proqramının Qlobal mina təmizləmə fəaliyyəti və inkişafı üzrə müşaviri Ştayner Essen oxuyub.

Sonda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov Azərbaycanın minatəmizləmə sahəsində böyük təcrübə əldə etdiyini diqqətə çatdıraraq deyib: "Biz bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırıq. Həmin təcrübəni əldə etmək bizə baha başa gəldi”.

Minalar və partlamamış hərbi sursatların milliyyətindən asılı olmayaraq insanların həyatlarına son qoyduğunu qeyd edən N.Süleymanov, onların su və torpaq resurslarına ciddi təhdid olduğunu da vurğulayıb. "Dünyada konfliktlərin artdığı vaxtda biz birlikdə müharibələrin fəsadlarına qarşı mübarizə aparmalıyıq. Həmin fəsadlardan ən mənfuru minalardır.

Məlumdur ki, bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. Biz bu konfransda iqlim dəyişikliyi məsələsi ilə yanaşı, mina problemini də qaldırmağı özümüzə borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik”, - deyə N.Süleymanov fikirlərinə yekun vurub.

Bununla da konfrans işini başa çatdırıb.

Xatırladaq ki, konfransın ilk günü Zəngilanda, ikinci günü isə Bakıda keçirilib.

10:28

“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans işini Bakıda davam etdirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.

Konfransa beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilir. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.

III Beynəlxalq Minatəmizləmə Konfransı işini başa çatdırıb – YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib