Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Hami Axundov: Animasiya Vətən tarixini əks etdirən yaddaşa arxalanır

Bakı, 25 may, Tatyana İvanayeva, AZƏRTAC

Milli animasiyanın tarixi Elçin Axundovun adı ilə sıx bağlıdır. Məşhur multiplikatorun “xidmət siyahısında” bir neçə nəslin böyüdüyü onlarla multiplikasiya lenti var. O, rejissor-multiplikator, ssenarist, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi və bir çox müxtəlif mükafatların laureatı, beynəlxalq festival və müsabiqələrin münsiflər heyətinin üzvüdür.

1994-cü ildə “Meyvələrin bəhsi”ni lentə alan Elçin Hami Axundov artıq 1995-ci ildə Bakıda keçirilən Azərbaycan filmləri müsabiqə-festivalında “Ən yaxşı animasiya filminə görə” diploma və mükafata layiq görülüb. Cizgi filmi Daşkənd Beynəlxalq Animasiya Forumunun (Tashkent International Animation Forum) xüsusi mükafatını qazanıb. Onun “Qızıl” filmi “Qızıl minbər” müsəlman filmləri festivalı çərçivəsində nümayiş etdirilib və ekran lentinin bəhs etdiyi mövzu böyük marağa səbəb olub.

Rejissorun “Meyvələrin bəhsi” filminin 30, “Qızıl” ekran əsərinin isə 20 illik yubileyidir. AZƏRTAC-ın müxbiri bu cizgi filmləri və digər mövzular haqqında rejissor Elçin Hami Axundovla söhbətləşib.

-“Meyvələrin bəhsi” və “Qızıl” cizgi filmləri artıq bir neçə onilliyin ekran lentləridir. Sizin onlara şəxsi münasibətiniz necədir?

-Çox yaxşıdır. Mən hərdən öz filmlərimə yenidən qayıdıram. Sanki haradansa zaman maşını peyda olur və mən keçmiş zamanın yüksəkliyindən boylanaraq həmin duyğuları təkrar yaşayıram. Sözsüz ki, o vaxt gözümdən yayınan səhvləri indi diqqətlə baxaraq görə bilirəm. Müəyyən məqamları indi daha yaxşı ayırd etmək olur. Çünki insan böyüyür, müdrikləşir. Təbii ki, olub-keçənlərə keçmiş münasibət də özlüyündə dəyişir. Bu isə prinsip etibarilə, qaçılmazdır. İllər keçdikcə, öz təcrübəmə əsaslanaraq, fərqinə varıram ki, indi mən bunu bir qədər başqa cür edərdim. Ancaq bu fikir mənə elə də təzyiq göstərmir. Həmin vaxtla bağlı düşüncələr də indi əvvəlki kimi həyəcan yaratmır...Mən öz filmlərimi artıq hazır material kimi qəbul edirəm. Onlar öz şəxsi tarixi olan faktiki ekran lentləridir.

-Lakin onların hər birinin əlbəttə ki, “başlanğıc nöqtəsi” var.

-Mən, xüsusilə, “Meyvələrin bəhsi” üzərində işin məhz necə başladığını yaxşı xatırlayıram. Məsələ orasındadır ki, mənim yaradıcılıq yolum daim ssenaristlərlə “qırğın-dava” ilə müşayiət olunub. Bu söhbətin başlanğıcı hələ sovet illərində qoyulub. Ssenarilərin istehsala buraxılması zamanı adətən nepotizm (yerlibazlıq, dostbazlıq – red.) təcrübəsindən istifadə olunurdu, ssenaristlər “bu olmalıdır, vəssalam” faktı ilə üz-üzə qoyulurdu. Üstəlik, belə hallarda yazılanların böyük əksəriyyətinin ssenari materialına yaramadığı tam nəzərə alınmırdı. Ona görə də, mən onları yenidən dəyişdirməli və düzəliş etməli olurdum. “Meyvələrin bəhsi”nin də aqibəti məhz belə oldu.

O vaxt “Azkinovideo” adlı bir qurum var idi, onun direktoru Oqtay Mirqasımov mənə, xüsusi olaraq Heydər Əliyevin Sərəncamına əsasən, Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı konkret ssenarisi olan sifarişi yerinə yetirmək tapşırığı verdi. İnanın ki, mən hər vəchlə bundan imtina etməyə çalışırdım. Həm də imtina səbəbim təkcə artıq təsdiq olunmuş ssenari ilə bağlı deyildi. Mən belə düşünürəm ki, böyük və dahi insanlara aid materiallarla məhdud vaxt və məhdud şərtlər çərçivəsində işləmək - o vaxt bunun üçün ayrılmış vaxt çox az idi - kifayət qədər riskli işdir.

-Nədən bu qədər ehtiyat edirdiniz?

-Füzulinin yaradıcılığına toxuna bilmək yalnız müəyyən səviyyəyə yüksəldikdən sonra mümkün ola bilər. Bəs mən özüm necə, bu səviyyəyə yüksələ bilmişdimmi? Nə gizlədim, buna ciddi şəkildə şübhə edirdim. Həm də şeyx Füzulinin böyük yaradıcılığına olan açıq-aydın vurğunluğumu nəzərə alsaq, onun şəxsiyyətinə olan ehtiramımı sözlərlə ifadə etmək çox çətindir. Burada isə üstəlik, konkret iş görmək tələb olunurdu! Fəqət Oqtay fikrindən heç cür dönmək istəmirdi, sifarişin ciddiliyini və məsuliyyətini vurğulamağa davam edirdi. Ssenarini oxuyanda isə həqiqətən şok keçirdim. Gizlətməyəcəyəm, orada yazılanlar müəllifin əsərdə vurğulamaq istədiyi əsas mənadan qat-qat uzaq idi! Bax, onda mən belə bir şərt qoydum ki, mənim adım yalnız ssenarinin həmmüəllifi, ya da onun üzərində işləyənlərin siyahısında qeyd edildiyi təqdirdə bu işi yerinə yetirməyi öz öhdəmə götürə bilərəm. Həm də söhbət maddiyyatdan getmir, sadəcə olaraq, özümü ilkin ssenarinin müəllifinin gələcəkdə mənə qarşı irəli sürə biləcəyi iddiaları özümdən uzaqlaşdırmaq istəyirdim. Necə deyərlər, sırf uzaq durmaq üçün...

-Amma qətiyyətli addımdır...

-Onu da nəzərə almaq lazımdır ki, o vaxt hələ Füzuli irsini araşdıran füzulişünasların arasında fəal müzakirələr gedirdi. Onların bəzisi iddia edirdi ki, “Meyvələrin bəhsi” alleqorik əsər kimi hansısa başqa bir müəllifə məxsusdur, digərləri isə bunun əksini deyirdilər. Beləliklə, mən çıxılmaz vəziyyətdə qaldım və dostum Rafael Hüseynovdan mənə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna düşməyə kömək etməsini xahiş etdim. Bu institutda Şərq fəlsəfəsinin şeirlərlə ifadə olunan dərin və füsunkar aləminə qərq oldum. Füzulinin əlyazmalarının araşdırılması ilə məşğul olduğum və onların ecazkar ruhuna bələd olmağa çalışdığım əsnada Xurşudbanu Natəvanın da əlyazmalarını və rəsmlərini görmək fürsətim oldu. Bundan əlavə, “Meyvələrin bəhsi”ni necə deyərlər, mənə verilmiş ssenariyə dəyişikliklər edərək və elə ilk kadrlardan yarana biləcək mübahisələrdən necə yayına biləcəyimi düşünərək, az qala hər kadrını ayrıca yığmağa çalışırdım.

-Qınaq obyekti olmamaq üçün?

-Hər iki cəbhədə dayanan füzulişünasların qınağına tuş gəlməmək üçün kiçik bir fənd işlətdim və təhkiyənin özünü diktor mətni olan proloqla sintez etdim. Bu mətndə tamaşaçılara tarixi xülasə təqdim olunurdu, XVI əsrdə ölkənin öz aralarında daxili müharibələrə başları qarışan kiçik xanlıqlara parçalanmasından bəhs edilirdi. Məhz bu dövrdə bizə bu torpağın üç böyük oğlu bəxş edilmişdi: Azərbaycanı birləşdirən və onun dövlət sərhədlərini möhkəmləndirən Şah İsmayıl Xətai, miniatürçü rəssam, dünya təsviri sənətinin klassiki ustad Nizaməddin Sultan Məhəmməd və o vaxt bir şair və mütəfəkkir kimi baş verən hadisələrdən kənarda qala bilməyən Məhəmməd Füzuli. Beləliklə, Füzulinin özü tərəfindən əsərdə ön plana çıxarılan əsas mənanı vurğulamaqla, “Meyvələrin bəhsi”ndə təsvir olunan alleqoriyaya xəfif keçid etmək mümkün oldu.

-Bu ekran əsərinin personajlarını tanımaq elə də çətin deyil.

-Qəhrəmanların xarakterini yaradanda onlara Azərbaycan ərazisində yaşayan qruplara xas olan leksik danışıq xüsusiyyətləri vermək qərarına gəldim. Meyvələrin hərəsi ayrı bir ləhcədə danışırdı, biri Quba, digəri Lənkəran şivəsindən, bir başqası isə Qazax ləhcəsindən tanınırdı...biri “türk şivəsində”, o biri Bakı ləhcəsində danışırdı. Üstəlik, onların hər birinin o dövrdə rəhbər vəzifədə olan və sonradan fəaliyyətləri yalnız mənfi qiymətləndirilən kəslərin prototipini əks etdirmələrinin daha yaxşı olacağına qərar verdim. Bir sözlə, sanki M.Füzulinin alleqoriyasını davam etdirmiş oldum.

-Bununla belə, filmin janrı da birbaşa xalq tətbiqi sənəti ilə assosiasiya olunur...

-Bilirsiniz, cizgi filmi formatından imtina daha çox məcburi addım idi. 1994-cü il idi. Azərbaycan demək olar ki, bütün sahələrdə çətin dövrdən keçirdi. Rəsmin çəkilməsi ilə bağlı çətinliklərlə üzləşəcəyimizi, ixtisaslı mütəxəssislərin olmadığını başa düşdüyümüz üçün, milli quramamıza bənzəyən tətbiqi sənət növünə müraciət etmək qərarına gəldik. Yeri gəlmişkən, “Soyuzmultfilm” öz filmlərində bu yanaşmadan tez-tez istifadə edirdi. Bu gün bizim ixtiyarımızda iş üçün geniş imkanlar yaradan “Flash animation” kompüter proqramı var. 2010-cu ildə çəkdiyim “Tırtılın arzusu” filmi məhz bu proqram vasitəsilə qurama üslubunda yaradılıb. Beləliklə, hətta bugünkü nöqteyi-nəzərdən baxsaq, 1994-cü il üçün “Meyvələrin bəhsi” filmi çox yaxşı alınıb.

-Düz on ildən sonra isə siz “Qızıl” filmini təqdim etdiniz.

-“Qızıl” filmi musiqili təhkiyə kimi nəzərdə tutulmuşdu. Musiqisinin bəstəkarı xalq artisti Mobil Babayev, ifaçısı isə Azərbaycan Televiziya və Radio Dövlət Ansamblının solisti Elxan Əhədzadədir. Yadımdadır, onun üzərində işləyəndə ifaçıdan müəyyən yerlərdə reçitativə (mahnı arasında danışıq - red.) keçməsini xahiş etdim. O, ən yüksək səviyyəli mütəxəssis kimi orijinal musiqini saxlamağa üstünlük verirdi. Mən isə bildirdim ki, bir rejissor kimi, materialın müasir səslənməsi üçün bəstəkarın təklif etdiyi formatı rədd etməyi təklif edirəm. Tam musiqili cizgi filmi animasiyamızda elə də çox rast gəlinən format deyil. Sadəcə hekayə xəttinin özü, standart dialoqdan imtina etməyimin sırf süjetdə gördüyüm mənanın dərinliyini üzə çıxaracağından xəbər verirdi.

-Ssenarini yenidən dəyişdiniz?

-Əvvəlcə ssenaridə müəllif tərəfindən bir hekayə nəzərdə tuturdu. Ancaq sinopsisdə bir rejissor kimi, tamamilə fərqli bir hekayənin nəqlinə gözəl fürsət yarana biləcəyini gördüm. Bu təhkiyə xalqımıza daha yaxın idi. On illərdir yaşadığımız hadisələrə daha yaxın idi. Onlar heç vaxt yaddaşımızdan silinməyəcək hadisələrdir. Eyni zamanda, onlar cəmiyyətin özünün, sosial empatiyanın müəyyən bir hissəsini əks etdirirdi. Onun iki tərəfində də toqquşma baş verəndə, insanın özü də yenidən doğulmuş olur. Təhkiyə janrı mənə qaçqınlarımızın başına gələnlərə dair sübutları ehtiva edən sənədli materiallara müraciət etmək imkanı yaratdı. Bəli, qorxunc materiallara... Doğrudur, animasiyanın ilk növbədə uşaq auditoriyasına yönəldiyi ilə bağlı mənə irad tuta bilərdilər. Lakin bu sənət növü həmişə özündə tərbiyəvi xarakter ehtiva edir! Buna görə də animasiya Vətən tarixini əks etdirən yaddaşa arxalanır. Fəxr edirəm ki, Bədii şurada “Qızıl” filmində olduqca vacib bir mövzunun qaldırıldığı xüsusi qeyd edildi. Çünki torpağa olan sevginin təməli uşaq yaşlarından qoyulur, animasiya da məhz bu müqəddəs amala xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb