İQTİSADİYYAT
Emal bölməsində məhsul istehsalı 2,5 faiz azalıb
Bakı, 29 avqust (AZƏRTAC). Bu ilin yeddi ayında emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 4,3 milyard manat dəyərində və ya 2013-cü ilin müvafiq dövrünə nisbətən 2,5 faiz az məhsul istehsal olunub, xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qida, içki, və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 1572,5 milyon manat həcmində məhsul istehsal edilib. 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,1 faiz, tütün məmulatlarının istehsalında 71,9 faiz artım, içki istehsalında isə 0,4 faiz azalma müşahidə olunub.