CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin analoji dövlət qurumunun əməkdaşları ilə görüş olub
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, F.Uysal və İ.Sarmış təqdimatlarla çıxış edərək çalışdıqları nazirliyin strukturu və əsas fəaliyyət istiqamətləri, sosial cəhətdən həssas əhali təbəqələri ilə bağlı həyata keçirdiyi proqram və layihələr, aktiv məşğulluq tədbirləri və s. barədə ətraflı məlumatlar veriblər.
Onlar təqdimatlar zamanı Türkiyə ilə Azərbaycan arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində imzalanmış əməkdaşlıq sazişlərinin icrasının, o cümlədən fəal təcrübə mübadilələrinin aparılmasının diqqətdə saxlandığını vurğulayıb, həmkarlarının ayrı-ayrı suallarını cavablandırıblar.
Türkiyəli mütəxəssislər ƏƏSMN-nin struktur bölmələrinin iş prosesi ilə yaxından tanış olublar. ƏƏSMN-nin strukturu, nazirliyin fəaliyyət sahələri, sosial təminat sisteminin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, işçi qüvvəsinin keyfiyyətinin artırılması və s. istiqamətlərdə aparılan işlər barədə onlara dolğun məlumatlar verilib. Qonaqlar həmçinin nazirlik tərəfindən icra olunan yeni sosial layihələr, həyata keçirilən islahat tədbirləri, o cümlədən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin formalaşdırılması və s. barədə geniş təsəvvürlərə malik olublar.
Qeyd edək ki, görüş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən keçirilib.