SİYASƏT
Erməni silahlı birləşmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edirlər
Bakı, 11 oktyabr (AZƏRTAC). Ermənistan ordusunun bölmələri oktyabrın 10-da və 11-də gecə Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.