DÜNYA
Ermənistanda müxalifət partiyası keçirdiyi sorğunun nəticələrindən məyus olub
Bakı, 5 fevral, AZƏRTAC
Ermənistan Milli Təhlükəsizlik Xidməti, eləcə də ölkədəki müxtəlif siyasi qüvvələr mütəmadi olaraq ictimai rəy sorğusu keçirirlər. Bu sorğular siyasi qüvvələrin və Nikol Paşinyanın real reytinqini müəyyən edir. Adətən bu sorğuların nəticələri ictimaiyyətə açıqlanmır.
AZƏRTAC xəbər verir ki, bu barədə yazan “Hraparak” qəzeti keçirilən növbəti sorğu barədə konfidensial mənbələrinə əsasən qeyd edir: “Əldə etdiyimiz məlumata görə, bu yaxınlarda üçüncü prezident Serj Sarkisyanın göstərişi ilə belə bir araşdırma aparılıb”.
Sorğunun nəticələrinə əsasən nəşr hesab edir ki, baş nazir Paşinyanın son seçkilərdən sonra fəaliyyəti yalnız müəyyən göstəricilərə görə yüksək reytinqə malik olmasına baxmayaraq, ona inam əmsalı nəzərəçarpacaq dərəcədə azalaraq 25 faizə qədər edib.
Siyasi təhlilçilər hesab edirlər ki, Paşinyan və onun komandasının əleyhdarlar tərəfindən tənqid olunmasına baxmayaraq, onlar ölkədə yeganə etimad göstərilən siyasi qüvvə olaraq qəbul edilir. Bu, vətəndaşların müharibədən bezdiyini və sülhə can atdığını göstərən amildir.