Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ermənistanın siyasi hakimiyyəti və hərbi strukturlarının rəhbərlərinin atdığı addımlar bir-birini təkzib edir – Şərh

Ermənistanın siyasi hakimiyyəti və hərbi strukturlarının rəhbərlərinin atdığı addımlar bir-birini təkzib edir –  Şərh

Bakı, 1 iyun, AZƏRTAC

Ermənistanın Vətən müharibəsindən sonra həyata keçirdiyi addımlar bir-birini təkzib edir. Bir gün danışıqlar masasında oturur, bir neçə gün sonra isə ya Ermənistan-Azərbaycan arasında şərti dövlət sərhədində təxribat törədir və ya Qarabağda separatçı ermənilər hansısa xoşagəlməz addımlar atırlar. Ümumiyyətlə, biz son iki ildən artıq müddətdə dəfələrlə bu hadisələrin şahidi olmuşuq. Birincisi, Ermənistan hazırda bir neçə istiqamətdən maraqların toqquşduğu ölkəyə çevrilib. Təcavüzkar ölkənin siyasi hakimiyyəti və hərbi strukturları istiqaməti hələ konkretləşdirə bilmirlər. Siyasi hakimiyyət Qərbin maraqları çərçivəsində fəaliyyət göstərir, hərbi strukturlar da bu və ya digər formada Rusiyaya bağlıdır.

Bu fikirləri Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli AZƏRTAC-a açıqlamasında söyləyib.

Hərbi şərhçi bildirib ki, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı verdiyi açıqlamalarla Ermənistan-Azərbaycan şərti dövlət sərhədi istiqamətində baş verən hadisələr bir-birini inkar edir. Ermənistanın bu addımları artıq həmin ölkənin sülhün bərqərar və sabitliyin təmin olunmasındakı fəaliyyətinə kölgə salır. Ermənistan əslində açıq şəkildə “Biz sülh müqaviləsini imzalamağa hazır deyilik”, çünki sərhədin delimitasiyası, demarkasiyası, yəni sərhəd zolağının müəyyənləşdirilməsini, “Zəngəzur dəhlizinin açılmasını istəmirik” kimi fikirlərini açıq şəkildə söyləyə bilmirlər. Müxtəlif bəhanələr tapırlar. Bu bəhanələrdən ən əsası hərbi ritorikadan çıxış edərək təxribatların törədilməsi və atəşkəsin pozulmasıdır. Bütün bu addımlar Ermənistanın əsl məqsədini ortaya çıxardır.

“Hesab edirəm ki, istər Nikol Paşinyanın, istər Ermənistanın xarici işlər nazirinin, istərsə də digər məsul şəxslərinin Ermənistan-Azərbaycan münaqişəsi, sülhün bərqərar olunması ilə bağlı səsləndirdiyi müsbət fikirlər səmimi açıqlamalar deyil və reallığı əks etdirmir. Çünki bu və ya digər bir formada Ermənistan yenə də müəyyən təxribatlarını davam etdirəcək. Hətta bu günlərdə Zəngilan rayonu istiqamətində Ermənistanın kəşfiyyat-təxribat qrupunun Azərbaycan ərazisinə sızılmasına cəhd etməsi də bu faktlardan biridir. Yəni ermənilər yalnız atəşkəsi pozmurlar, həmçinin artıq Azərbaycan ərazisinə kəşfiyyatçılar, təxribatçılar göndərirlər və müxtəlif məqsədlər üçün əməliyyatlar hazırlayırlar. Sanki Rusiya ermənilərə münasibətdə artıq ikili yanaşma nümayiş etdirir. Qarabağdaki ermənilərlə fərqli davranır. Ermənistandakı ermənilərlə bir qədər soyuq davranır. Qarabağdaki qanunsuz erməni hərbi birləşmələrinin təminat-təchizat işlərinə dəstək göstərir”, - deyə Ramil Məmmədli vurğulayıb.

Onun sözlərinə görə, bu məsələyə yanaşma 2020-ci il 10 noyabr Bəyanatından başlanılmalıdır. Rusiya həmin bəyanatda əks olunan müddəaların icrasına nəzarəti üzərinə götürüb. Faktiki olaraq ora imza atmaqla Ermənistan və Azərbaycan üzərinə öhdəliklər götürüb. Çox təəssüf ki, Ermənistan ötən müddətdə bu öhdəliklərin bir hissəsini icra etməyib. Xüsusən də Bəyanatın dördüncü bəndində əks olunan, yəni erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı kontingenti əraziyə daxil olduğu zaman paralel olaraq ərazini tərk etməsinə dair müddəa hələ də icra olunmayıb. Hazırda Ermənistan Müdafiə Nazirliyinin əlahiddə ümumqoşun ordusunun bəzi hərbi hissələri Qarabağda yerləşir. Həmçinin separatçı ermənilərin, yəni Araik Arutunyan, Vitali Balasayan və digərlərinə bağlı olan qanunsuz silahlı qruplaşmalar mövcuddur. Qarabağda təxminən 15 minə yaxın erməni silahlı hərbi qruplaşmaları mövcuddur ki, bu da vəziyyəti gərginləşdirməyə yönəlib.

“Çox təəssüf ki, Rusiya sülhməramlıları bu məsələdə siyasi iradə nümayiş etdirmirlər. Rusiya atəşkəsin əldə olunması, hərbi əməliyyatların dayandırılması istiqamətində vasitəçi missiyasını həyata keçirdi. Amma erməni silahlı strukturlarının ərazidən çıxarılması prosesini icra etmədi. Əvəzində isə hətta erməni gənclərinə silahla davranmaq təlimləri keçirildi.

Düşünürəm ki, proses bu cür davam edərsə, Azərbaycan antiterror əməliyyatlarını davam etdirmək məcburiyyətində qalacaq. Məhz atəşkəsdən sonra yəni 2020-ci il noyabrın 10-dan sonra Qarabağ ərazisində və Ermənistanla həmsərhəd bölgələrdə Azərbaycan Ordusunun apardığı əməliyyatları antiterror əməliyyatı adlandırmaq olar. Bu əməliyyatlar müxtəlif miqyasda hər zaman həyata keçirilir. Sadəcə olaraq gözləntilər daha irimiqyaslı əməliyyatların həyata keçirilməsi ilə bağlıdır. Durumun belə davam etməsi əslində Qarabağda proseslərin gərgin vəziyyətdə saxlanılmasına gətirib çıxarır. Bu prosesdə vasitəçilik missiyasını üzərinə götürən tərəflər, ölkələr və təşkilatlar anlamalıdırlar ki, Qarabağda yenidən hərbi əməliyyatlar başlanıla bilər. Bunu misal olaraq bir neçə gün bundan əvvəl Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını göstərə bilərik.

Odur ki, Rusiya və Ermənistan özündə siyasi iradə nümayiş etdirməlidir. Şimal qonşumuz bu məsələ ilə bağlı mövqeyini daha açıq bildirməlidir. Ermənistan isə öz hərbi birləşmələrini ərazidən çıxarmalıdır”, - deyə hərbi ekspert vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Dünyanın xəbər agentlikləri Azərbaycan jurnalistinə qarşı törədilən hadisəyə reaksiya verməlidir

Türkiyə mətbuatı: AFFA Şenol Günəşlə danışıqlara başlayıb

Emi Uaynhaus barədə filmin nümayiş etdiriləcəyi tarix bəlli olub

AzTU-da konfrans: Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi

“Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” - konfrans

Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkarlanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi COP28 konfransının Nazirlər Toplantısında təmsil olunub

Azərbaycanda oynamış tanınmış futbolçu ölkəsində hücuma məruz qalıb

Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib

Elm və Təhsil Nazirliyinin iki institutu işğaldan azad edilmiş ərazilərdə birgə tədqiqat aparacaq

ABŞ-ın bir sıra ştatlarından quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Azərbaycanlı deputat AŞPA–nın uşaqlar üzrə baş məruzəçisi seçilib

Bakıda rus dili və ibtidai sinif müəllimləri üçün seminar keçirilib

BŞTİ: Qızılcaya yoluxma ilə əlaqədar şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur

Qeyri-sabit hava şəraiti dekabrın 7-si axşamadək davam edəcək

Milli Məclisin sədri Türkiyənin hakim partiyasının nümayəndə heyəti ilə görüşüb

Qızılca əleyhinə peyvəndlərin tətbiqindən sonra ölüm halları 85 faiz azalıb

Dilçilik İnstitutunun Elmi şurasının illik hesabatı dinlənilib

Masallıda fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb

Ekspertlər: Almaniyada “iqtisadi iflic” hökm sürür

Masallıda şəhər ərazisindən avtomat tapılıb

Beynəlxalq Jurnalistlər Şurası Fransadan açıqlama istədi

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib YENİLƏNƏCƏK

Heydər Əliyev Sarayında uşaqlar üçün əyləncəli-interaktiv Yeni il şənlikləri keçiriləcək

Sumqayıtda maarifləndirici tədbir: “Həyatın əsas dəyəri həyatdır”

İbtidai sinif dərsliklərinə hansı mövzular daxil edilib?

Ötən ay 14 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

Nazir: Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir

KİV: Qəzzada döyüşlər azı bir ay davam edəcək

MDB-nin iştirakçı dövlətlərində bitki karantini üzrə Koordinasiya Şurasının iclası keçirilib

Təhsil müəssisəsində aşkarlanmış qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Tanınmış pedaqoq təhsildə uğur qazanmağın yollarından danışıb

FAO: Kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensial var

Pirallahı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyi qeyd olunub

Yasamalda qanunsuz fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlanıb

Rumıniyada qızılca epidemiyası yayılıb

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” mövzusunda forum işə başlayıb

İnfeksionist: A vitamini çatmayan şəxslərdə qızılca daha ağır keçir

İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

Beynəlxalq Muğam Mərkəzində konsert - “Qəlbimizin səsi”

COP28: 60-dan çox ölkə öz üzərinə soyutma sahəsində istixana qazları tullantılarının azaldılması öhdəliyi götürüb

Səpkilər əmələ gəldikdən üç gün sonra qızılcanın yoluxuculuq qabiliyyəti azalır

“Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafında rolu” mövzusunda tədbir keçirilib

Bu ilin 9 ayında cinayətlərin ümumi sayı açıqlanıb

Ədəbiyyat İnstitutunun illik elmi hesabatı təqdim olunub

Ukraynada AZƏRTAC-ın təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgi açılıb VİDEO

Üç aviaşirkətin reklamları qadağan edilib

Lənkəranda 60 yaşlı qadın ana olub

Azərbaycanda ilk dəfə peşə hazırlıq mərkəzi akkreditasiyadan keçirilib

Bakı-Şamaxı yolunun 123 kilometrliyində avtomobildə baş verən yanğın söndürülüb VİDEO

Bir müddət öncə qızılca xəstəliyinin qeydə alındığı gimnaziyadan reportaj

GDU-da “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib

“Azərbaycan elminin inkişafında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu” - sessiya

® İş adamları “OBA”da

İnfeksionist: Qızılcanın ağırlaşması zamanı birinci növbədə viral pnevmoniya inkişaf edə bilər

Azərbaycan çempionatının autsayderi məşqçisi ilə yollarını ayırıb

Ekspert: Qızılca zamanı yüksək temperaturu parasetamol vasitəsilə endirmək olar

Azərbaycan Prezidenti: Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər

Təyyar Eyvazov: Qızılcaya təkrar yoluxma demək olar ki, mümkün deyil

Sietldə Aleksandr Kolderin böyük sərgisi açılır

İnfeksionist: Qızılcaya qarşı peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdırlar

ABŞ senatoru Bob Menendesin evindən oğurluq qızıl külçələr tapılıb

Prezident İlham Əliyev: Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır

Papa Fransisk səhhətində yaxşıya doğru irəliləyiş olduğunu deyib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Abşeronda vətəndaşlarla görüşəcək

“Azərişıq” rəhbərliyi COP 28 çərçivəsində xarici şirkət rəhbərləri ilə görüşlər keçirib

Təyyar Eyvazov: Qızılca virusu normal otaq temperaturunda iki saat qala bilir

Ötən ay Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 546 vətəndaş müraciət edib

Azərbaycan xalqının qədim musiqi aləti olan balaban UNESCO-nun siyahısında

Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək

Növbəti TOEFL iBT imtahanı keçirilib

“Azərxalça”nın Müşahidə Şurasının iclası keçirilib

Sığınacaqda qızılcaya yoluxan 8 uşaq sağalaraq xəstəxanadan buraxılıb

Gürcüstan-Rusiya yolu yenidən bağlanıb

Qərbi Azərbaycan İcması ABŞ-dan Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi tələb edib

Həkim–epidemioloq: Sumqayıtda noyabrın əvvəlindən bəri 135 nəfərə qızılca diaqnozu qoyulub

Basketbol yığmasının yeni baş məşqçisi: İki yerdə işləmək mənə problem yaratmayacaq

Gürcüstan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanda ilk dəfə “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” açılacaq

Azərbaycan Prezidenti: Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil

Voleybol üzrə Azərbaycan çempionatının oyunu xəstəliyə görə təxirə salınıb

Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim təşkil olunub

AFFA Premyer Liqanın üç klubunu cərimələyib

Prezident: Azərbaycan ərazisi bir çox Mərkəzi Asiya dövlətləri tərəfindən prioritet hesab edilir

Prezident İlham Əliyev: Müharibədən sonra Qarabağa minaların necə daşınması ilə bağlı sual açıq qalır

Co Bayden ilə Donald Tramp arasında söz dueli gərginləşir

AZAL Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar təqdim edir

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Azərbaycanın basketbol millisinin yeni baş məşqçisi açıqlanıb

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Hacıqabul tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırılıb

“Yaddaş yanğısı”ndan yaranan kitab

AFFA və PFL rəhbərliyi Almaniyaya yollanıb

Hondurasda avtobus qəzası nəticəsində 12 nəfər ölüb

ADAU tələbələri yüksək təqaüd və xaricdə təcrübə imkanı əldə edəcəklər

İndoneziya Üləmalar Şurasının komissiya sədri Qərbi Azərbaycan İcmasında olub

Botanika İnstitutunun alimləri yad mənşəli ağac növü aşkar ediblər

Azərbaycan Prezidenti: İşğaldan azad olunmuş ərazilərdə mülkiyyətə dəymiş zərərlə bağlı hesablamalar aparırıq

BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş simulyasiya konfransı keçirilib