“Əsgər papağı” tamaşası Tərtərdə təqdim olunub
Tərtər, 18 aprel, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşasını tərtərli tamaşaçılara təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa Tərtər Rayon Mədəniyyət Mərkəzində iki gün nümayiş etdirilib. Tamaşaya birinci gün rayonun idarə və müəssisə kollektivləri, ictimaiyyət nümayəndələri, ikinci gün isə ərazidə xidmət edən əsgər və zabitlər baxıblar.
Səhnə əsəri erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edir.