SİYASƏT
Fahrettin Altun: Vətən müharibəsi dövründə Azərbaycanın dezinformasiya ilə peşəkar mübarizəsi həqiqətlərin dünyaya çatdırılmasına həlledici təsir göstərdi VİDEO
İstanbul, 22 oktyabr, AZƏRTAC
Vətən müharibəsi dövründə Azərbaycanın dezinformasiya ilə peşəkar mübarizəsi həqiqətlərin dünyaya çatdırılmasına həlledici təsir göstərdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda Azərbaycan mediasına müsahibəsində bildirib.
Vətən müharibəsi dövründə olduğu kimi, Azərbaycan ilə Türkiyə arasında media sahəsi üzrə əməkdaşlığın indi də sıx şəkildə davam etdiyini qeyd edən Fahrettin Altun bildirib ki, həmin vaxt Qarabağda faktiki işğal rejimi var idi, Azərbaycan bu işğalı bitirmək üçün konkret addım atdı və nəticədə 44 gün sonra öz torpaqlarını işğaldan azad etdi. Ancaq, bu dövr ərzində Azərbaycana qarşı çox ciddi və sistematik dezinformasiya fəaliyyəti aparılırdı. Bu kimi addımların qarşısını almaq və onlara mane olmaq üçün ayrı-ayrılıqda hər bir dezinformasiya fəaliyyətini birlikdə ifşa etdik. Bütün xarici mətbuat nümayəndələrinin əməliyyat zonasına səfərlərinin təşkil edilməsi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olduq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul