REGİONLAR
FAO üç ölkənin kənd təsərrüfatı üzrə ixracın təşviqi milli strategiyalarının hazırlanması üzrə regional planlaşdırma seminarı keçirir
Bakı, 27 iyun, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycan, Tacikistan və Özbəkistanda kənd təsərrüfatı üzrə ixracın təşviqi milli strategiyaların hazırlanması üzrə regional planlaşdırma seminarı keçirir.
Dövlət Aqrar Ticarət Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edən seminarda üç benefisiar ölkənin hökumət rəsmiləri, digər milli maraqlı tərəflər, FAO-nun Subregional və Baş Ofisindən texniki əməkdaşlar, milli və beynəlxalq məsləhətçilər və Beynəlxalq Qida Siyasəti Tədqiqat İnstitutunun (IFPRI) nümayəndələri iştirak edirlər.
Tədbir layihənin məqsədləri, quruluşu və həyata keçirilmə üsullarını ümumi bir anlayışa çatdırmaq, benefisiar ölkələri tərəfindən hazırlanmış ilkin siyahıya əsaslanan layihə çərçivəsində tədqiq olunacaq prioritet kənd təsərrüfatı məhsulları üzrə müxtəlif maraqlı tərəflər arasında konsensusa nail olmaq və hər bir ölkə üçün layihənin həyata keçirilməsi planını razılaşdıraraq üç layihə məqsədinə nail olmağa imkan yaratmaq məqsədi daşıyır.