Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət, qardaş Azərbaycan xalqına və hökumətinizə daha böyük tərəqqi, firavanlıq arzulayıram.

Dəyər verdiyimiz ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsi və möhkəmlənməsi ilə bağlı səmimi istəyimi bir daha ifadə edir, Fələstin məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirdiyimi bildirirəm.

Sizi və xalqınızı, həmçinin müqəddəs Qurban bayramı münasibətilə təbrik edir və ən xoş salamlarımı qəbul etməyinizi xahiş edirəm.

 

Mahmud Abbas

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı

İcraiyyə Komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin