SİYASƏT
Fərhad Hacıyev: “Azərbaycan Prezidenti yanında Azərbaycan Gənclər Fondu öz işində böyük uğurlar qazanmışdır”
Bakı, 1 mart (AZƏRTAC). “Biz öz işimizdə böyük uğurlar qazanmışıq, bir çox layihələri həyata keçirmişik. Bu, Azərbaycan gəncləri üçün böyük şansdır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti yanında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev jurnalistlərə müsahibəsində demişdir.
O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Gənclər Fondu bir çox insanların öz layihələrini həyata keçirməsinə imkan vermişdir. O demişdir: “2014-cü il üçün çox planlarımız vardır. Biz əlaqələri və əməkdaşlığı qaydaya salmaq məqsədilə bu ilin sentyabrında Bakıda Avropa ölkələrinin gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirməyi planlaşdırırıq”.