Fevralda “Azərkosmos” 14 ölkəyə 952 min dollarlıq xidmət ixrac edib
Bakı, 1 aprel, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadla xəbər verir ki, ilin ilk iki ayında "Azərkosmos" ASC peyk telekommunikasiya xidmətlərinin ixracından 2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Fevralda isə "Azərkosmos" ASC dünyanın 14 ölkəsinə 952 min dollarlıq xidmət ixrac edib.
"Azərkosmos" ASC-nin cari ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Nigeriya və Gürcüstandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]