CƏMİYYƏT
FHN-in Gəncə Regional Mərkəzi xəbərdarlıq və toplanış məşqi keçirib
Bakı, 1 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi xəbərdarlıq və toplanış məşqi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, mülki müdafiə məşqinə ümumilikdə 269 nəfərlik şəxsi heyət, 56 texnika və avadanlıq cəlb edilib.
Xəbərdarlıq və toplanış məşqinin gedişinə FHN-in Gəncə Regional Mərkəzi tərəfindən baxış keçirilib, müvafiq tövsiyələr verilib.
Məşqə Şəmkir Rayon İcra Hakimiyyəti aparatının mülki müdafiə qərargahı, rayon fövqəladə hallar komissiyası, müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, qaz-qəza, enerji-qəza, su-qəza texniki qrupları, rabitə qəza-bərpa dəstəsi, rayon səhiyyə şöbəsinin həkim və təcili yardım maşınları, baytarlıq idarəsinin epidemioloji kəşfiyyat qrupu, ərazi xilasetmə dəstəsi və ərazi kəşfiyyat dəstələrinin şəxsi heyəti və texnikaları cəlb olunub.