CƏMİYYƏT
FHN taxta bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb
Bakı, 22 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) taxta bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib. İlkin hesablamalara görə, təxminən, 7200 kvadratmetr taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]