DÜNYA
Filippin boksçusu Pakiao 40 milyon dollar müqabilində döyüşməkdən imtina etmişdir
Bakı, 27 yanvar (AZƏRTAC). AZƏRTAC Lenta.ru saytına istinadıa bildirir ki, filippinli boksçu Menni Pakiao ABŞ idmançısı Floyd Meyuezerin təklif etdiyi 40 milyon dollar qonorar müqabilində onunla döyüşməkdən imtina etmişdir.
Bu təklif barədə Pakiaonun özü məlumat vermişdir. Filippin idmançısının sözlərinə görə, amerikalı boksçu ona cəmi 40 milyon dollar təklif etmişdir. Qalan gəliri isə o, özünə götürmək fikrindədir. Pakiaonu isə belə şərt qane etmir.
Filippinli təkid edir ki, döyüşdən gələn gəlir iki boksçu arasında bərabər bölünməlidir. Pakiao bildirmişdir ki, qonorarın belə bölünməsi ədalətli olardı.
Meyuezer döyüşdən əldə edilən gəlirin 40 faizini də filippinli boksçuya təklif etmişdir. Lakin bu təklif də Pakiaonu razı salmamışdır. O, əvvəlki fikrində qaldığını bildirmişdir.
Meyuezeri və Pakiaonu, çəki dərəcələrindən asılı olmayaraq, zəmanəmizin ən yaxşı boksçuları adlandırırlar. Hazırda hər iki idmançı 66,7 kiloqramadək çəki dərəcəsində dünya çempionu titullarına malikdir. Amerikalı VVBC, filippinli isə VVBO versiyaları üzrə çempiondurlar.