İDMAN
Formula 1-in Çin Qran-Prisinin taleyi: FIA koronavirusla bağlı vəziyyəti izləməkdə davam edir
Bakı, 30 yanvar, AZƏRTAC
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-nCoV koronavirusu epidemiyası ilə bağlı Çində vəziyyəti izləməkdə davam edir.
AZƏRTAC “Motorsport Week” nəşrinə istinadla xəbər verir ki, beynəlxalq avtomobil idmanı yarışlarının keçirilməsi və ya ləğvi barədə hələ qərar qəbul olunmayıb.
Daha əvvəl xəbər verilmişdi ki, Formula E çempionatının martın 21-nə nəzərdə tutulan Çin mərhələsi ləğv olunma təhlükəsi ilə üz-üzədir.
Formula 1 mərhələsi ilə də vəziyyət ürəkaçan deyil. Aprelin 17-dən 19-dək Şanxayda çempionatın Çin Qran-Prisi keçirilməlidir.
Qeyd edək ki, bu günədək artıq 7742 nəfər 2091-nCoV yeni koronavirusuna yoluxub, xəstəlik nəticəsində ölənlərin sayı isə 170-ə çatıb.
Uxan şəhəri hazırda çıxış üçün bağlanıb, qonşu şəhərlərdə də məhdudiyyət tətbiq olunub.
FIA Formula 1 və Formula E mərhələlərinin Çində keçirilib-keçirilməyəcəyi barədə qərarı daha sonra verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]