DÜNYA
Fransada üç məscid təhqir edilmişdir
Paris, 5 fevral (AZƏRTAC). Fransanın Bezanson şəhərində iki və Orzuar-La-Ferriyer yaşayış qəsəbəsində bir məscid təhqir edilmişdir.
Fevralın 3-dən 4-nə keçən gecə naməlum şəxslər hər üç məscidin divarlarına xaç şəkilləri şəkmiş, “Rədd olsun İslam”, “Yaşasın Qallar” və digər nalayiq sözlər yazmışlar.
Hadisəyə münasibət bildirən Fransada islamofobiya nəzarəti üzrə müsəlman icması şurasının sədri cari ilin əvvəlində 6 məscidin təhqir edildiyini bildirmişdir. Sədr belə hərəkətləri xalqlar arasında nifaq salmaq istiqamətində atılan addım kimi dəyərləndirmiş və belə halları qətiyyətlə pisləmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]