SİYASƏT
Gələn ay Türkiyənin müdafiə sənayesinin nümayəndələri Azərbaycana səfərə gələcəklər
Bakı, 26 fevral (AZƏRTAC). Gələn ay Türkiyə müdafiə sənayesinin nümayəndələri Azərbaycana səfərə gələcəklər.
Məqsəd iki ölkə arasında müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun demişdir.
Bu yaxınlarda qardaş ölkədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən birgə təlimlərə münasibət bildirən səfir bildirmişdir ki, Türkiyə müdafiə sənayesinin, Azərbaycan isə ordusunun gücləndirilməsində maraqlıdır. Türkiyədə keçirilən taktiki təlimlər iki ölkənin silahlı qüvvələrinin nümayəndələrinin birgə əməkdaşlığı və bölgədə sabitliyin qorunması baxımından faydalıdır.