ELM VƏ TƏHSİL
Gəncə Dövlət Universitetinin tələbələri güzəştli kartlarla təmin olunurlar
Gəncə, 4 mart (AZƏRTAC). Gəncə Dövlət Universitetində ilk dəfə olaraq tələbələrə güzəştli kartlar paylanılmışdır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu tədbir tələbələr tərəfindən razılıqla qarşılanmışdır.
Gəncə Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Nigar Talıbova AZƏRTAC-a demişdir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi ilə reallaşan və tələbələrin ürəyincə olan bu kartlarla onlar müəyyən obyektlərin xidmətindən güzəştli şəkildə istifadə edə biləcəklər. Hələlik universitetin 50 tələbəsi bu kartlarla təmin olunmuşdur. Ümumilikdə isə 600-dən çox tələbə güzəştli kartların alınması üçün sənəd vermişdir. May ayının sonunadək bütün tələbələrin kartlarla təmin edilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]