MƏDƏNİYYƏT
Gəncə ərazisindəki maddi-mədəniyyət abidələri haqqında məlumatlar toplamaq mənim üçün çox maraqlıdır
Salyanlı şagird AZƏRTAC-a müsahibəsində bildirdi ki, Gəncə ərazisində mövcud olan çoxlu sayda maddi-mədəniyyət abidələri haqqında məlumatlar toplamaq mənim üçün çox maraqlıdır. Qərara almışam ki, tarixi yerlərdə olarkən bizə verilən məlumatlar barədə qeydlər edim və bu qeydlər əsasında dostlarımla müzakirələr aparım. Bu, həm mənim, həm də dostlarımın Azərbaycan tarixi haqqında biliklərini daha da zənginləşdirər.
Salyanlı məktəbli daha sonra belə bir möhtəşəm tur-aksiyanın təşkilinə, eləcə də xalqımızın gələcəyi olan gənclərin savadlı və geniş dünyagörüşünə malik böyümələri üçün əlindən gələni əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.