CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb
![Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb](/files/2019/3/1200x630/15773670853116615660_1200x630.jpg)
Bakı, 26 dekabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “Mercedes Benz Vito” markalı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama nəticəsində nəqliyyat vasitəsinin öndəki sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 1 ədəd “Oppo A 1k”, 1 ədəd “Samsung Galaxy J 7”, 1 ədəd “MDC M5” markalı, ön panelin altındakı əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən 1 ədəd “Samsung Galaxy J2”, 1 ədəd “Xiaomi Redmi 6A” markalı, rentgen qurğusundan keçən əl yüklərində isə gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.