REGİONLAR
Goranboyda 5 min hektar pambıq sahəsindən bol məhsul gözlənilir
![](/files/galleryphoto/2017/2/1200x630/15041826292075925769_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/15041826294643958187_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/1504182629575546744_1200x630.jpg)
Goranboy, 31 avqust, Rauf Hacıyev, AZƏRTAC
Bu il Goranboy rayonunun 39 inzibati ərazi dairəsi üzrə 5 min hektar sahədə pambıq əkilib. Bu ötən illə müqayisədə 3 min hektar çoxdur.
Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu vaxta qədər “MKT İstehsal Kommersiya” MMC ilə 1620 hektar, “CTS Aqro” MMC ilə 2 min 500 hektar, “Goran Cotton” MMC ilə 836 hektar və “Yevlax” MMC ilə 44 hektar sahədə pambığın becərilməsi üçün müqavilə bağlanılıb. Hazırda yüksək məhsuldarlığın gözlənildiyi pambıq sahələrində becərmə işləri davam edir.
Becərilmiş məhsulun optimal müddətdə itkisiz toplanması üçün fermerlər lazımı hazırlıq işləri görüblər. Həmçinin rayon ərazisində pambığın becərilməsi ilə bağlı nəzərdə tutulmuş bütün aqrotexniki tədbirlərin həyata keçirilməsinə rayon icra hakimiyyətində yaradılmış mütəxəssislərdən ibarət qərargah tərəfindən mütəmadi nəzarət edilir.