ELM VƏ TƏHSİL
Göyçay rayonunun iki kəndində 360 yerlik məktəb binaları inşa edilir
Göyçay, 2 yanvar (AZƏRTAC). Göyçay rayonunun iki kəndində müasir məktəb binası inşa edilir.
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Çərəkə kəndində yeni məktəb binasının inşasına başlanılmışdır. İkimərtəbəli, 360 yerlik təhsil ocağının bu günlərdə təməli qoyulmuş və hörgü işlərinə başlanılmışdır. Təhsil Nazirliyinin sifarişi ilə Ləkçıplaq kəndində inşa edilən 360 yerlik ikimərtəbəli məktəb binasında da hörgü işləri sürətlə davam etdirilir. Hər iki binanın tikintisini “ATF-İnşaat” MMC həyata keçirir.
Bundan əlavə, Göyçay şəhər 12 nömrəli uşaq bağçasında aparılan əsaslı təmir işləri artıq başa çatdırılmışdır.