CƏMİYYƏT
Gürcüstanda Qafqaz Müsəlmanları İdarəsi sədrinin yubileyi münasibətilə tədbirlər keçiriləcək
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gürcü xalqının dini lideri Qafqaz Müsəlmanları İdarəsinin sədrini Gürcüstana dəvət edərək, şeyxülislamı qardaş ölkədə salamlamaq və şəxsən təbrik etmək fürsətini səbirsizliklə gözlədiklərini söyləyib.
Avqustun 29-30-da baş tutacaq səfər çərçivəsində şeyxülislam A.Paşazadənin anadan olmasının 65-ci ildönümü Gürcüstanda qeyd ediləcək. Bu münasibətlə Tbilisidə xüsusi toplantının və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbulların təşkili nəzərdə tutulur. Yubiley tədbirlərində iştirak etmək üçün şeyxülislam ilə birlikdə Milli Məclisin deputatları, Azərbaycandakı xristian və yəhudi dini icmalarının başçıları, ictimai xadimlər Gürcüstana səfər edəcəklər.