Gürcüstanda təyyarə hissələri istehsal edən zavod açılıb
Tbilisi, 10 may, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqazda ilk təyyarə hissələri istehsal edən zavodun (Aero-Structure Technologies Cyclone) açılışı olub.
AZƏRTAC xəbər verir ki, yüksək texnologiyalarla təchiz olunmuş zavodun rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, hökumət, diplomatik korpus və biznes sektorunun nümayəndələri iştirak ediblər.
G.Kvirikaşvili çıxışında deyib ki, müəssisədə mülki aviasiya üçün kompozit materiallardan detallar, qapı, idarəetmə paneli və digər hissələr istehsal olunacaq. İlk məhsul buraxılışına 2019-cu ilin əvvəlində başlanacaq. Məhsulların 100 faizii ixraca yönəldiləcək və onların əsas istehlakçıları “Boing”, “Bombardier” və “Airbas” kimi aparıcı dünya şirkətləri olacaq. Müəssisənin növbəti 5 il ərzində genişlənməsindən sonra illik dövriyyə 60 milyon dolları ötəcək.
Hazırda zavodda təxminən 80 nəfər çalışır. Müəssisə tam işə düşəndən sonra burada 300 nəfərin işlə təmin olunacağı gözlənilir.
Tikintisinə ötən ilin iyulundan başlanmış müəssisə Gürcüstanın “Tərəfdaşlıq Fondu” və İsrailin “Elbit Cyclone” şirkəti tərəfindən yaradılıb. Layihənin ümumi investisiya dəyəri 93 milyon dollardır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]