Həmyerlisini rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Tərtər sakini saxlanılıb
Bakı, 7 may, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən T.Əliyev müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]