![Hər birimiz yeni dərs ilinə zəngin xatirələrlə başlayacağıq](/files/2014/2/1200x630/14092286401025151862_1200x630.JPG)
İsmayıllı, 28 avqust (
AZƏRTAC, Adil Ağayev). Ölkəmizi tanıyaq tur-aksiyası çərçivəsində avqustun 28-də İsmayıllı rayonunun uca dağlar qoynunda yerləşən Lahıc qəsəbəsinə gəldik. Etiraf edim ki, bu səfərin mənim üçün, elə yoldaşlarım üçün də qiyməti ölçüyəgəlməzdir. Hər birimiz yeni dərs ilinə zəngin xatirələrlə başlayacağıq. Zəngin tarixi olan məkanı, onun özünəməxsus gözəlliyini, sənətkarların əl işlərindən nümunələri gördüm. Lahıcın tarixi barədə zəngin bilgilər aldım.
Bu sözləri Yevlax şəhər 5 nömrəli orta məktəbinin XI sinif şagirdi Xədicə Məmmədova AZƏRTAC-a müsahibəsində söylədi. O, daha sonra dedi: “Azərbaycanımızın hər qarışı gözəldir. Gəzdikcə, gördükcə Vətənimizə qarşı sevgimiz, qürur hissimiz artır”.