HƏRBİ HİSSƏLƏRDƏ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər Milli Ordumuzun yaradılmasının 90 illiyi ərəfəsində Müdafiə Nazirliyinin Füzuli, Beyləqan və Ağcabədi rayonları ərazisində yerləşən N saylı hərbi hissələrində görüşlər keçirilmişdir. Görüşlərdə Ombudsman Aparatı Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov iştirak etmişdir.
F.Həsənov şəxsi heyətin yaşayış yeri, klub, yeməkxana, mətbəx və xəstəxanaya, əsgərlərin asudə və istirahət vaxtlarını səmərəli keçirmələri üçün müəyyən edilmiş yerlərə baxış keçirmişdir. Görülən işlər müsbət qiymətləndirilmiş, işin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.
Ombudsmanın nümayəndəsi 26 iyun - Silahlı Qüvvələrin yaradılmasının 90 iliyi münasibətilə hərbi hissələrin şəxsi heyətini təbrik etmiş, Milli Ordumuzun yubileyinin təntənəli qeyd ediləcəyini bildirmişdir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən ordu quruculuğunda həyata keçirilən köklü islahatlar nəticəsində bu gün müstəqil respublikamızın Silahlı Qüvvələrinin təkmilləşərək müasir standartlara cavab verən orduya çevrildiyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]