RƏSMİ XRONİKA
“HƏRBİ QULLUQÇULARIN STATUSU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA, “DÖVLƏT QULLUĞU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA VƏ “ƏDLİYYƏ ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Hərbi qulluçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci və 37.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2008-ci il.