Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndərin 100 illiyinə həsr olunmuş möhtəşəm idman tədbiri keçirilib

Bakı, 2 may, AZƏRTAC

Müdafiə Nazirliyi, Milli Məclisin Gənclər və idman komitəsi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutun stadionunda Ulu Öndərin 100 illiyinə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarının açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan görkəmli siyasi və dövlət xadimi, dahi lider Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunaraq qarşısına çələng və qızılgüllər qoyulub, xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatları, Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Xətai Rayon İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi, şəhid ailələrinin üzvləri, müharibə və Silahlı Qüvvələr veteranları, dəfələrlə dünya çempionu olmuş Azərbaycan kikboksinqçiləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, eləcə də general, zabit və kursantların qatıldıqları təntənəli açılış mərasimi hərbi orkestrin ifa etdiyi “Azərbaycan fanfarası” ilə başlanıb.

Tədbirin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani mərasim iştirakçılarını salamlayaraq xalqımız və Azərbaycan Ordusunun şəxsi heyətinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin yaratdığı böyük Qələbə əhvali-ruhiyyəsi ilə qarşıladığını qeyd edib.

Vurğulanıb ki, ötən son 200 ildən çox bir dövr ərzində itirilmiş Vətən torpaqlarının müharibə yolu ilə alınması tarixi hadisədir və bu, Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı, gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mümkün olub. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqların işğaldan azad edilməsi məqsədilə başladığı 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər xalqımızın birliyinin, həmrəyliyinin dövlətimizin iqtisadi gücünün, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətinin, Prezident İlham Əliyevin sərkərdə məharətinin, qətiyyətinin, hücum diplomatiyasının, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin daha parlaq gələcəyinə hesablanmış baxış, fikir və düşüncələrinin qələbəsidir. Xalqımızı zəfərdən-zəfərə aparan da məhz Heydər Əliyevin ideyalarıdır.

Fəxri qarovulun müşayiəti və “Qələbə marşı”nın sədaları altında 2020-ci il noyabrın 8-də ruhumuzun paytaxtı Şuşa şəhərinə sancılan və qələbənin rəmzinə çevrilən Zəfər bayrağı təntənə ilə gətirilib.

“Heydər Əliyev Kuboku” yarışlarının hakimlər heyəti və iştirakçılar alqışlarla qarşılanıb. Onlar Azərbaycan Kikboksinq Federasiyasının bayrağı altında stadiona daxil olublar.

Diqqətə çatdırılıb ki, kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarında respublikamızın şəhər və rayonlarını, həmçinin idman cəmiyyətlərini, idman klublarını təmsil edən 700-dən çox idmançı iştirak edirlər.

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev təntənəli mərasim iştirakçılarını salamlayıb və müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini yarış iştirakçılarına çatdırıb.

Müdafiə nazirinin təbrikində deyilir: “Dahi Lider dəfələrlə qeyd edirdi ki, idman təkcə ayrı-ayrı çempionların əldə etdikləri nailiyyətlərdən ibarət olmamalıdır. İdman xalqın həyatına, Azərbaycan cəmiyyətinin hər bir hüceyrəsinə sirayət etməlidir. Bu bizim məqsədimizdir. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin ənənələrini layiqincə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində idmançılarımız beynəlxalq idman arenalarında öz güclərini dünyaya nümayiş etdirir və Azərbaycan artıq dünyada idman dövləti kimi tanınmaqdadır.

Respublikamızın idman şərəfini həmişə uca tutan idmançılarımızın sıralarında ordu idmançıları da beynəlxalq yarışlarda öz uğur və nailiyyətləri ilə Azərbaycan bayrağını daim yüksəklərə qaldırmışlar”.

General-leytenant Heydər Piriyev əmin olduğunu bildirir ki, kikboksinq üzrə keçirilən “Heydər Əliyev Kuboku” yarışları Azərbaycan Ordusunda bu idman növünün geniş yayılmasına, hərbi qulluqçularda güc, dözümlülük, çeviklik, özünəinam, çətin döyüş şəraitində iradə nümayiş etdirmə, psixoloji gərginlikləri dəfetmə qabiliyyətlərini daha da artıracaq.

“Heydər Əliyev Kuboku”nun təşkilatçılarına minnətdarlığını bildirən rektor yarışların hakimlər heyətinə və iştirakçılarına uğurlar arzulayıb.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev 100 illiyini ümumxalq bayramı kimi qeyd etdiyimiz Ulu Öndərin fəaliyyətinin bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də böyük xidmətlərinin olduğunu bildirib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, məhz Ümummilli Liderin sayəsində bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunub, Azərbaycan dünyanın idman ölkələrindən birinə çevrilib. Ulu Öndər hamını bədən tərbiyəsi ilə məşğul olmağa çağırırdı. Yaşından asılı olmayaraq hamını - gəncləri, orta yaşlıları və yaşlı adamları buna dəvət edirdi. Çünki dünya tarixi və təcrübəsi göstərir ki, bədən tərbiyəsi ilə geniş məşğul olan xalq həmişə fiziki və mənəvi cəhətdən sağlam olur. Xalqımızın sağlamlığını təkcə səhiyyə və adət-ənənələrimizlə deyil, eyni zamanda, bədən tərbiyəsi ilə qoruyub saxlamalıyıq, möhkəmləndirməliyik, hər bir gənc gərək möhkəm olsun.

Heydər Əliyev həmişə qeyd edərdi ki, idman, bədən tərbiyəsi hər bir insan üçün zəruri olan bir fəaliyyətdir. İdman cəmiyyətdə sağlamlığı təmin edən və cəmiyyətin inkişaf etməsi üçün çox vacib olan amildir. Ona görə də idmanın, bədən tərbiyəsinin inkişafı üçün görülən işlər və gələcəkdə görəcəyimiz işlər dövlət, hökumət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri A.Əliyev Ulu Öndərin vaxtilə dediyi “Azərbaycan idmanı, ölkəmizin idmançıları, Azərbaycan Respublikası daha yüksək pillələrə qalxacaqdır. Mən buna tam əminəm” fikrini tədbir iştirakçılarına bir daha xatırladaraq vurğulayıb ki, Ulu Öndərin bütün arzuları artıq həyata keçib. Azərbaycan idmanı daha da inkişaf edir, atletlərimiz dünyanın ən mötəbər idman yarışlarında Azərbaycan bayrağını yüksəklərə ucaldır, himnimizi səsləndirir, qalib Azərbaycan ölkəsi isə daha uğurlu qələbələrə doğru inamla irəliləyir.

Gənclər və idman naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin əsasını qoyduğunu və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Bütün idman növləri ilə yanaşı, kikboksinqin də artıq ölkəmizdə geniş vüsət aldığını diqqətə çatdıran nazir Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyətini, o cümlədən Azərbaycan Ordusunda bu idman növünün yayılması istiqamətində aparılan məqsədyönlü tədbirləri yüksək qiymətləndirib.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev qeyd edib ki, kikboksinq Azərbaycanda populyar idman növlərindən birinə çevrilib. Ölkəmizdə bu sahədə çoxlu klublar fəaliyyət göstərir. Azərbaycan idmançıları kikboksinq üzrə beynəlxalq yarışlarda böyük nailiyyətlərə imza atırlar. Silahlı Qüvvələrdə də bu idman növü daha geniş yayılmaqdadır. Bu da ilk növbədə kikboksinqin özünümüdafiə sənəti hesab edilməsi ilə bağlıdır. Kikboksinq müxtəlif idman fəndlərinin birləşdiyi müdafiə və hücum idmanıdır. Əsasında bir-birindən tamamilə fərqlənən karate, boks, muay-tay texnikaları dayanır. Burada güclə yanaşı, texniki bilik də böyük əhəmiyyət kəsb edir. Kikboksinq ən ağır idman növlərindən biri hesab olunur və gənclərimiz bütün bu çətinliklərə baxmayaraq həmin idman növünə böyük maraq göstərirlər.

Orxan Əliyev kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarının Ulu Öndərin xatirəsinə bir ehtiram olduğunu və bu yarışların Azərbaycan idmanının inkişafı naminə böyük xidmətlər göstərən Ümummilli Liderimizin 100 illik yubileyinə həsr etdiklərini böyük iftixar hissi ilə söyləyib.

Sonra Bakı Bələdiyyə Teatrı aktyorlarının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə Abdulla Qurbaninin Ulu Öndərin 100 illiyinə həsr etdiyi eyniadlı poeması əsasında “Xilaskar” ədəbi-musiqili kompozisiyası təqdim olunub. Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı videoçarxların müşayiəti ilə Ulu Öndərin mənalı ömür və fəaliyyətinin bütün dövrlərini əhatə edən anlar canlandırılıb, şeirlər, vətənpərvərlik mahnıları və rəqslər nümayiş etdirilib.

Ədəbi-musiqili kompozisiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” və Ulu Öndər Heydər Əliyevin xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən bir bəndi söyləməsi ilə başa çatıb.

Sonra “Heydər Əliyev Kuboku” yarışlarının final mərhələsi başlanıb. Qaliblərə kubok, diplom və medalları Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və federasiyanın birinci vitse-prezidenti, iki dəfə dünya çempionu Ramal Aslanov, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru Fizuli Salahov, Bədən tərbiyəsi və idman xadimi, Sərhədçi İdman Mərkəzinin rəis müavini Firdovsi Umudov və başqaları təqdim ediblər.

Kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarında hansı şəhər və rayonun, hansı idman cəmiyyəti və klubunun, kimin qalib gəlməsindən asılı olmayaraq Azərbaycan idmanının, kikboksinqin qalib gəldiyi qeyd olunub.

Qeyd edək ki, Kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarının təntənəli açılış mərasimi Azərbaycan Televiziyasının “İdman” kanalı ilə birbaşa yayımlanıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda

Baş prokuror Qazaxda vətəndaşları dinləyib, məsələlərin operativ həlli üçün göstərişlər verib

“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

Qısamüddətli geomaqnit qasırğası gözlənilir

BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək

2050-ci ilə qədər tullantıların 40-45 faizi inkişaf etmiş və gəlirləri yüksək olan ölkələrin payına düşəcək

“The Telegraph online”: İqlim maliyyələşdirilməsi COP29-un diqqət mərkəzində olacaq

® “Kapital Bank”ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı

Sabah ölkənin bəzi ərazilərinə dolu düşəcək

Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Salyan xəstəxanasında ilk dəfə qamış sümüyünün osteosintez əməliyyatı icra olunub

Sahibkarlar Meksikada keçiriləcək sərgilərə dəvət olunur

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları”nın təsdiq edilməsi, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 sentyabr tarixli 269-12 nömrəli qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 avqust tarixli 322-11 nömrəli qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 149-11 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 25 iyun tarixli 279 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 25 iyul tarixli 324 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının hərbi (xüsusi) rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 24 iyun tarixli 145-14 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentyabr tarixli 407 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yalçın Rəfiyev: COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var

Birinci Qarabağ müharibəsi şəhidinin meyitinin qalıqları Ağdaşda torpağa tapşırılıb

Azərbaycanla Monteneqro arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib

Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırmalarının perspektivləri

Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq

Şuşada azad edilmiş ərazilərdə biznes imkanlarına dair panel müzakirələr keçirilib VİDEO